Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Fevralın 28-də “planetlərin böyük paradı” müşahidə olunacaq
CƏMİYYƏT

Fevralın 28-də “planetlərin böyük paradı” müşahidə olunacaq

05 Fevral 2026 1 Min Read
PAYLAŞIN:

Fevralın 28-də axşam astronomik hadisə – “planetlərin böyük paradı” baş verəcək.

Paraqraf.com xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, həmin tarixdə gün batandan sonra altı planet – Merkuri, Venera, Yupiter, Saturn, Uran və Neptun eyni vaxtda səmanın müəyyən bir hissəsində müşahidə olunacaq.

Qeyd olunub ki, həmin vaxt planetlərin dördü adi gözlə, ikisi isə optik alətlərlə görünəcək. Belə hadisələr nadir baş verir və axşam saatlarında müşahidə üçün əlverişli olması onu daha da cəlbedici edir.

Ən parlaq obyektlərdən biri olan Venera, eləcə də Yupiter və Saturn asanlıqla seçiləcək. Merkuri üfüqə yaxın olduğundan müşahidə üçün üfüqü açıq olan ərazilər – dənizkənarı və şəhərdən kənar məkanlar tövsiyə olunur. Uran və Neptun isə yalnız binokl və ya teleskop vasitəsilə görünəcək. Bakı üçün ən əlverişli müşahidə vaxtı təxminən saat 19:10-20:30 aralığında olacaq.

Astronomiyada “planetlərin paradları” iştirak edən planetlərin sayına görə təsnif edilir. 3-4 planet kiçik, 5 planet orta, 6 və daha çox planet böyük parad sayılır.

Fevralın 28-də altı planetin eyni vaxtda görünməsi bu hadisəni “planetlərin böyük paradı” kateqoriyasına daxil edir. Belə hadisələr orta hesabla 10–20 ildən bir, bu qədər əlverişli axşam şəraitində isə daha da nadir halda baş verir.

Qeyd edək ki, planetlər yalnız səma proyeksiyasında bir xətt boyunca görünür, fiziki olaraq bir-birinə yaxınlaşmırlar. “Planetlərin paradı” Yerə cazibə, seysmik, iqlim və maqnit təsiri göstərmir. İnsan sağlamlığına və təbiətə də heç bir zərəri yoxdur. Bu, tamamilə təhlükəsiz və yalnız müşahidə xarakterli astronomik hadisədir.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Səyyar ASAN xidmət Ağdaşda fəaliyyətə başlayıb

Next

Qusarda aşan mikroavtobusda xəsarət alan şəxslərin kimliyi məlum olub

Copyright 2026— Praqraf.com. All rights reserved