Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/ELM VƏ TƏHSİL/Diplom çoxalır, məşğulluq azalır? – Ekspert rəyi
ELM VƏ TƏHSİL

Diplom çoxalır, məşğulluq azalır? – Ekspert rəyi

05 Fevral 2026 2 Min Read
PAYLAŞIN:

Son illər Azərbaycanda ali təhsilə marağın artması tələbə qəbulu statistikasında da aydın şəkildə özünü göstərir. Rəsmi məlumatlara görə, bakalavriat səviyyəsinə qəbul olunan tələbələrin sayı ildən-ilə yüksəlir və 2025-ci ildə bu göstərici əvvəlki illərlə müqayisədə daha da artıb. Xüsusilə 2024-cü illə müqayisədə 4,2 faiz artım qeydə alınaraq qəbul olunanların sayı 59,8 min nəfərə çatıb. Bu dinamika ali təhsilin əlçatanlığının genişləndirilməsi və gənclərin daha çox universitet təhsili almağa can atması ilə izah olunur.

Lakin maraqlı sual yaranır: Tələbə qəbulunda artımın davam etməsi ali təhsilin keyfiyyətinə və əmək bazarının real tələblərinə nə dərəcədə uyğundur? Yoxsa say artımı səmərəlilik və keyfiyyət baxımından yeni problemlər yarada bilərmi?

Bu barədə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri, Azərbaycan Respublikasının Təhsil İnstitutunun baş metodisti Pərvinə Qədimova Patrul.az -a açıqlamasında bildirib ki, ali təhsilə qəbulda say artımı müsbət görünsə də, əmək bazarının real tələbatı nəzərə alınmadıqda bu artım gələcəkdə işsizlik və ixtisas uyğunsuzluğu yarada bilər:

“Bu artım rəqəmləri ilk baxışdan müsbət tendensiya kimi görünə bilər. Ali təhsilə qəbul prosesində əsas meyar təkcə say artımı olmamalıdır. Burada həlledici məqam əmək bazarının real tələbatlarının nə dərəcədə nəzərə alınmasıdır. Əgər qəbul olunan tələbələrin sayı iqtisadiyyatın və müxtəlif sahələrin kadr ehtiyacları ilə uzlaşmırsa, bu, gələcəkdə işsizlik və ixtisas uyğunsuzluğu kimi problemlərə yol aça bilər”.

media-inshot_20260205_165629187

Təhsil ekspertinin sözlərinə görə, ali təhsildə əsas məqsəd tələbə sayını artırmaq yox, gənclərin bacarıqlarına və əmək bazarının tələblərinə uyğun, rəqabətqabiliyyətli kadr hazırlığı olmalıdır:

“Ali təhsildə kəmiyyət deyil, keyfiyyət prioritet olmalıdır. Aşağı balla sırf “tələbə” statusu qazanmaq gənclərin gələcək karyerası baxımından hər zaman uğurlu seçim olmur. Bu halda gənclərin bacarıq və meyillərinə uyğun olaraq peşə təhsilinə yönləndirilməsi daha səmərəli nəticələr verə bilər. Peşə təhsili həm qısa müddətdə əmək bazarına çıxış imkanı yaradır, həm də real sektorun ehtiyac duyduğu ixtisaslı kadrların hazırlanmasına xidmət edir.Bu baxımdan tələbə qəbulunda artım mexaniki şəkildə davam etdirilməməli, balanslı və məqsədyönlü yanaşma tətbiq olunmalıdır. Əsas hədəf gənclərin gələcək məşğulluğunu təmin edən, əmək bazarına uyğun, rəqabətqabiliyyətli kadr hazırlığına nail olmaq olmalıdır”.

Cəmilə Cəfərzadə

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

“İqtisadiyyat nəfəs alır”: Real vəziyyət, yoxsa psixoloji effekt? | ŞƏRH

Next

Azərbaycan XİN Yeni Zelandiyanı Milli Günü münasibətilə təbrik edib

Copyright 2026— Praqraf.com. All rights reserved