Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Azərbaycanda bəzi bölgələrə yağış, əksər ərazilərə isə qar yağıb
CƏMİYYƏT

Azərbaycanda bəzi bölgələrə yağış, əksər ərazilərə isə qar yağıb

05 Fevral 2026 1 Min Read
PAYLAŞIN:

Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunub, bəzi bölgələrə yağış, əksər ərazilərə isə qar yağıb.

Paraqraf.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin fevralın 5-i saat 10:00-a olan məlumatında qeyd olunub.

Bildirilib ki, qarın hündürlüyü Zaqatalada (Əlibəy) 36, Qaxda (Sarıbaş) 31, Şəkidə (Kişçay) 20, Qrızda 14, Şahdağda 13, Xınalıqda 8, Kəlbəcər və Qusarda (Laza) 7, Qubadlı, Laçın və Lerikdə 5, Qobustan, Quba və Xızıda 4, Şamaxıda 3, Yardımlıda 2 sm-dir.

Düşən yağıntının miqdarı Qəbələdə 34, Astarada 23, Lənkəranda 21, Cəlilabad, Neftçalada 18, Oğuzda 15, Balakəndə 14, Biləsuvarda 11, əksər rayonlarda isə 9 mm-dək qeydə alınıb.

Sumqayıt, Tərtər, Göyçay, Lerik, Gəncə, Naftalan, Şəmkir, Balakən, Zaqatala, Qax (Sarıbaş), Şəki, Qəbələ, Şamaxı, Qobustan, Qusar, Qubada duman müşahidə olunub. Görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 1, Naxçıvan MR-da 12, dağlıq rayonlarda 14 dərəcəyədək şaxta, Aran rayonlarında isə 2 dərəcəyədək isti qeydə alınıb.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Sabah Bakıda yağış yağacaq – PROQNOZ

Next

Səyyar ASAN xidmət Ağdaşda fəaliyyətə başlayıb

Copyright 2026— Praqraf.com. All rights reserved