Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/Azərbaycan BMT-də mədəniyyətlərarası dialoqun təşviqi mövzusunda müzakirə təşkil edib
SİYASƏT

Azərbaycan BMT-də mədəniyyətlərarası dialoqun təşviqi mövzusunda müzakirə təşkil edib

05 Fevral 2026 2 Min Read
PAYLAŞIN:

BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyi ilə Esseks Universitetinin İnsan Hüquqları Mərkəzinin birgə təşkilatçılığı və Azərbaycanın Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Sülh və həmrəylik üçün effektiv mədəniyyətlər və dinlərarası dialoqu təşviq etmək üçün yaxşı təcrübələrin müəyyən edilməsi: Əldə edilən dərslər” mövzusunda yüksək səviyyəli panel müzakirəsi keçirilib.

Paraqraf.com xəbər verir ki, Ümumdünya Dinlərarası Harmoniya Həftəsi və Beynəlxalq İnsan Qardaşlığı Günü çərçivəsində təşkil edilən tədbirdə Azərbaycanın mədəniyyət nazirinin müavini Fərid Cəfərov, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos, BMT Baş katibinin qlobal kommunikasiyalar üzrə müavini Melissa Fleminq, BMT Baş katibinin köməkçisi və “UN Women”in icraçı direktorunun müavini Nyaradzayi Gumbonzvanda, UNESCO-nun BMT-dəki nümayəndəsi Eliot Minçenberq, Esseks Universitenin İnsan Hüquqları Mərkəzinin professoru Əhməd Şahid və “Religions for Peace International” qeyri-hökumət təşkilatının baş katibi Fransis Kuria məruzə ilə çıxış ediblər.

Panel müzakirələrində həmçinin BMT-nin yüksək səviyyəli rəsmiləri, üzv dövlətlərin səfirləri, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti nümayəndələri iştirak ediblər.

Müzakirə Azərbaycanın BMT yanında daimi nümayəndəsi, səfir Tofiq Musayevin moderatorluğu ilə baş tutub.

Səfir qeyd edib ki, panelin təşkilində əsas məqsəd mədəniyyətlər və dinlərarası dialoqu gücləndirmək üçün effektiv yanaşmaları müəyyənləşdirmək, qabaqcıl təcrübələri bölüşmək və artan qütbləşmə fonunda innovativ həlləri müzakirə etməkdir.

F. Cəfərov bildirib ki, artan geosiyasi gərginlik fonunda dialoq yalnız ideal deyil, praktik zərurətdir:

“Mədəniyyətlər və dinlərarası dialoq artıq normativ arzu deyil, münaqişələrin qarşısının alınması, etimad quruculuğu və dayanıqlı inkişaf üçün praktik alətdir”.

O, 2008-ci ildə başlanmış “Bakı Prosesi”nin bu sahədə qlobal platformaya çevrildiyini vurğulayıb və qeyd edib ki, “Bakı Prosesi” hökumətlərlə yanaşı, dini liderləri, alimləri, gəncləri və vətəndaş cəmiyyətini bir araya gətirən inklüziv modeldir. F. Cəfərov əlavə edib ki, Azərbaycan bu il Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi edəcək.

Çıxışlarda qeyd edilib ki, dünyada dözümsüzlük, ayrı-seçkilik və zorakılıq hallarının artması beynəlxalq əməkdaşlığın gücləndirilməsini zəruri edir. Bu baxımdan, Azərbaycanın təşkilatçılığı ilə keçirilən bu panel xüsusi əhəmiyyət kəsb edir.

Panel iştirakçıların sualları və müzakirələrlə davam edib.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Ukrayna Azərbaycanın energetika sahəsində dəstəyini yüksək qiymətləndirib

Next

Azərbaycan və BƏƏ XİN rəhbərləri Əbu-Dabidə strateji tərəfdaşlığı müzakirə ediblər

Copyright 2026— Praqraf.com. All rights reserved