Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Fevral
  • 4
  • Müəllimlər üçün süni intellekt əsaslı platforma yaradılıb

Müəllimlər üçün süni intellekt əsaslı platforma yaradılıb

admin 04 Fevral 2026 4 minutes read
oiysp7WFqUbwVAeMUd8eDCANWGDpuPAQSaE6cgtZ_825
PAYLAŞIN:

Təhsildə Araşdırma və İnkişaf Mərkəzi (TAİM) MİQ və sertifikasiya imtahanlarına hazırlaşan müəllimlər üçün süni intellekt əsaslı yeni tədris platformasını təqdim edib.

Paraqraf.com xəbər verir ki, fevralın 1-də baş tutan təqdimat mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Təqdimat mərasimində müəllimlər, təhsil mütəxəssisləri və layihə komandasının üzvləri iştirak ediblər.

Tədbirdə açılış nitqi ilə çıxış edən TAİM-in direktoru İlkin Həsənov müəllim hazırlığında süni intellektin tətbiqinin əhəmiyyətindən danışaraq bildirib ki, rəqəmsal texnologiyalar təhsil sahəsində keyfiyyətin yüksəldilməsi və müəllimlərin peşəkar inkişafının sürətləndirilməsi baxımından mühüm rol oynayır. Onun sözlərinə görə, TAİM uzun illərdir müəllimlərin peşəkar inkişafını dəstəkləyir və yeni platforma bu fəaliyyətin daha innovativ mərhələyə keçidini təmin edir.

Qeyd olunub ki, süni intellekt əsaslı platforma müəllimlərə fərdi öyrənmə tempinə uyğunlaşdırılmış, interaktiv və adaptiv tədris imkanları təqdim edir. Platformanın əsas üstünlüklərindən biri “Mr. Taim” adlı ağıllı çatbotdur. Bu sistem istifadəçilərin suallarını real vaxt rejimində cavablandırır, mövzuların mərhələli şəkildə mənimsənilməsinə kömək edir və müəllimlərin biliklərinin formativ qiymətləndirilməsini həyata keçirir.

İlkin Həsənovun təqdimatından sonra müəllimlərin sualları cavablandırılıb, onların təklif və rəyləri dinlənilib.

Tədbirdə çıxış edən “AZAITECH” şirkətinin həmtəsisçisi, İT üzrə mütəxəssis Üzeyir Süleymanov süni intellekt texnologiyalarının gündəlik həyatımıza təsirindən danışıb. O bildirib ki, müasir texnologiyalar təhsil, səhiyyə və iqtisadiyyat daxil olmaqla bir çox sahədə yeni imkanlar yaradır və bu texnologiyaların düzgün tətbiqi cəmiyyətin inkişafına mühüm töhfə verir.

Təqdimat zamanı TAİM-in yalnız imtahana hazırlıq mərkəzi olmadığı, eyni zamanda müəllimlərin peşəkar və şəxsi inkişafına töhfə verən platforma olduğu müəllim baxışı ilə təqdim edilib. Çıxışlarda vurğulanıb ki, bu kimi təşəbbüslər müəllimlərin müasir bilik və bacarıqlara yiyələnməsində mühüm rol oynayır.

Eyni zamanda, “Mr. Taim” platformasının hazırlıq prosesinə təsiri tələbə baxışı ilə təqdim olunub. Qeyd edilib ki, süni intellekt əsaslı yanaşma istifadəçilərə fərdi öyrənmə imkanları yaradır, hazırlıq prosesini daha əlçatan və effektiv edir.

Tədbirdə iştirak edən Əməkdar müəllim Asif Cahangirov da mövzu ilə bağlı fikirlərini bölüşərək süni intellekt texnologiyalarının təhsil sistemində tətbiqinin müəllim hazırlığında yeni imkanlar açdığını vurğulayıb.

Qeyd edək ki, TAİM-in süni intellekt əsaslı bu platforması müəllimlərin bilik səviyyəsini avtomatik analiz edir, fərdi tədris marşrutu qurur, sınaq imtahanları təşkil edir və “Mr. Taim” adlı ağıllı çatbot vasitəsilə real vaxtda dəstək göstərir. Platforma ilkin mərhələdə istifadəçilər üçün ödənişsiz sınaq müddəti təklif edir. Daha sonra isə minimal məbləğlə abunə olmaq mümkündür.

Platforma ilə yaxından tanış olmaq istəyən vətəndaşlar taimedu.ai linkinə keçid edə bilərlər.

Paraqraf.com 

Loading

Visited 8 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: AMEA adlarla bağlı tövsiyə kitabı hazırlayacaq
Next: Azərbaycanda çovğun müşahidə olunur

OXŞAR MÖVZULAR

WhatsApp Image 2026-03-05 at 23.25.50

Müəllimlik bitərsə, kainat bir heç olar.

admin 06 Mart 2026
KoatlgIQPOUwnsSbjHkzTAVYS639K8cRHitirXIS_1200

Universitet və kolleclərə sənəd qəbulunun vaxtı uzadılıb

admin 05 Mart 2026
cBZDMTXUFVtnbyhDXf4WRJzwTFY2B9ubqdkiXMX5_1200

Emin Əmrullayev məktəb direktorlarına tədrisin keyfiyyətinin yüksəldilməsini tövsiyə edib

admin 04 Mart 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.