Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/ELM VƏ TƏHSİL/IX siniflərin buraxılış imtahanının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
ELM VƏ TƏHSİL

IX siniflərin buraxılış imtahanının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb

04 Fevral 2026 2 Min Read
PAYLAŞIN:

Dövlət İmtahan Mərkəzinin 5, 12 və 26 apreldə ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirəcəyi buraxılış imtahanlarının şəhər və rayonlar üzrə qrafiki müəyyənləşib.

Paraqraf.com-un məlumatına görə, qrafiklə aşağıdakı cədvəldə tanış ola bilərsiniz.

İmtahan tarixi İmtahan keçiriləcək şəhər (rayon)
Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı
5 aprel Xətai, Nərimanov, Qaradağ, Suraxanı, Səbail, Pirallahı, Gəncə (I hissə), Samux, Yevlax, Şəmkir (I hissə), Ağstafa, Şəki, Lənkəran (I hissə), Astara, Yardımlı, Ağdam (o cümlədən Kəngərli, Xıdırlı kənd tam orta məktəbləri) Ağcabədi, Şuşa, Xankəndi (Şəhər 4 nömrəli məktəb və Kərkicahan kənd tam orta məktəbi), Kəlbəcər (Şəhər 1 nömrəli məktəb), Xocalı (Şəhər 1 nömrəli və Ballıca kənd tam orta məktəbləri), Ucar, Zərdab, Şamaxı, İmişli, Hacıqabul, Biləsuvar, Qusar, Siyəzən, Xızı, Şabran
12 aprel Sabunçu (I hissə), Xəzər (I hissə), Yasamal, Binəqədi, Sumqayıt (I hissə), Abşeron (I hissə), Gəncə (II hissə), Mingəçevir, Daşkəsən, Şəmkir (II hissə), Qazax, Qəbələ, Oğuz, Lənkəran (II hissə), Cəlilabad (I hissə), Masallı (I hissə), Beyləqan, Füzuli, Füzuli (M.Uluqbəy adına 1 nömrəli tam orta məktəb), Zəngilan (Ağalı kənd tam orta məktəbi), Cəbrayıl (M.Mehdizadə adına tam orta məktəb), Ağdaş, Ağsu, Qobustan, Sabirabad (I hissə), Neftçala, Şirvan, Xaçmaz (I hissə), Quba (I hissə), tədrisi ingilis dilində olan məktəblər
26 aprel Sabunçu (II hissə), Nizami, Xəzər (II hissə), Nəsimi, Sumqayıt (II hissə), Abşeron (II hissə), Naxçıvan, Göygöl, Goranboy, Naftalan, Gədəbəy, Tovuz, Qax, Balakən, Zaqatala, Lerik, Cəlilabad (II hissə), Masallı (II hissə), Bərdə, Tərtər, Göyçay, Saatlı, Salyan, Kürdəmir, İsmayıllı, Sabirabad (II hissə), Xaçmaz (II hissə), Quba (II hissə), Ağdərə (Talış, Göyarx, Həsənriz, Şıxarx, Suqovuşan kənd orta məktəbləri), Laçın (Şəhər 2 nömrəli tam orta məktəb, Zabux, Sus kənd tam orta məktəbləri), Bakı şəhəri üzrə xüsusi məktəblər (internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər), gürcü bölməsi üzrə təhsil alan şagirdlərin məktəbləri

Qeyd edək ki, məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixlərdə imtahan verirlər.

Sabunçu, Xəzər, Sumqayıt, Abşeron, Gəncə, Şəmkir, Lənkəran, Cəlilabad, Masallı, Xaçmaz və Qubada yerləşən məktəblərin şagirdlərinin imtahanı hərəkət intensivliyinin azaldılması məqsədilə iki imtahan gününə bölünüb. Cədvəldə bu hal müvafiq olaraq, I və II hissə kimi adlandırılıb.

İmtahana buraxılış vərəqəsi hər imtahan günündən 5 gün əvvəl DİM-in saytında yerləşdiriləcək.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Elm və təhsil naziri Sumqayıtda vətəndaşları qəbul edəcək

Next

AMEA adlarla bağlı tövsiyə kitabı hazırlayacaq

Copyright 2026— Praqraf.com. All rights reserved