Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/Azərbaycan və Serbiya arasında çoxtərəfli siyasi məsləhətləşmələr keçirilib
SİYASƏT

Azərbaycan və Serbiya arasında çoxtərəfli siyasi məsləhətləşmələr keçirilib

04 Fevral 2026 1 Min Read
PAYLAŞIN:

Bakı şəhərində Azərbaycan Respublikası ilə Serbiya Respublikası Xarici İşlər Nazirlikləri arasında çoxtərəfli siyasi məsləhətləşmələr keçirilib.

Paraqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Nümayəndə heyətinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Serbiya tərəfindən isə dövlət katibi Nevena Yovanoviç başçılıq ediblər.

Siyasi məsləhətləşmələr zamanı, dəyişən geosiyasi reallıqlar kontekstində hər iki ölkənin xarici siyasət prioritetləri, qarşılıqlı maraq doğuran beynəlxalq və regional proseslər, habelə əsas çağırışlar barədə ətraflı fikir mübadiləsi aparılıb.

Görüşdə həmçinin strateji tərəfdaşlıq münasibətlərinə malik iki ölkə arasında siyasi, iqtisadi, enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları, iqlim dəyişmələri ilə mübarizə və digər sahələr üzrə çoxtərəfli formatlar çərçivəsində əməkdaşlıq müzakirə olunub.

Aparıcı regional və qlobal tərəfdaşlarla ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı, qlobal platformalar çərçivəsində qarşılıqlı fəaliyyətin gücləndirilməsi, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində təşəbbüs və namizədliklərə qarşılıqlı dəstəyin verilməsi məsələlərinə xüsusi yer ayrılıb.

Tərəflər çoxtərəfli formatlar çərçivəsində hər iki ölkə üçün prinsipial əhəmiyyət daşıyan xarici siyasət məsələlərində qarşılıqlı dəstəyin davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

ABŞ Prezidentinin xüsusi elçisi: “Tramp marşrutu” Cənubi Qafqazda davamlı sülhün təməli olacaq

Next

Leyla Əliyeva Əbu-Dabidə “İnsan Qardaşlığı Məclisi” tədbirində iştirak edib

Copyright 2026— Praqraf.com. All rights reserved