Skip to content
24 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Fevral
  • 3
  • Dünya bazarında ucuzlaşma, Azərbaycanda bahalaşma: kərə yağı niyə əlçatmaz olur?

Dünya bazarında ucuzlaşma, Azərbaycanda bahalaşma: kərə yağı niyə əlçatmaz olur?

admin 03 Fevral 2026 2 minutes read
3af8c2e8-d4af-4297-bb25-c6aa89bfc9d6
PAYLAŞIN:

Son aylarda dünya bazarlarında kərə yağının qiymətində kəskin ucuzlaşma müşahidə olunsa da, bu tendensiya Azərbaycan bazarında əks istiqamətdə özünü göstərir. Qlobal miqyasda qiymətlər 44 faiz azaldığı halda, ölkədə kərə yağı bahalaşmaqda davam edir. Statistik göstəricilər və idxal rəqəmləri bu ziddiyyətli mənzərəni daha da diqqətçəkən edir və sual yaradır: dünya bazarlarında ucuzlaşma gedirsə, Azərbaycanda kərə yağı niyə bahalaşır?

Mövzu ilə bağlı iqtisadçı-ekspert, Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Paraqraf.com-a açıqlamasında bildirib ki, dünyada kərə yağının qiyməti kəskin ucuzlaşsa da, bunun Azərbaycanda hiss olunmamasının əsas səbəblərindən biri idxal və pərakəndə satış bazarında inhisarçılığın güclü olmasıdır:

Azerforum.com

“Kərə yağının idxalı əsasən az sayda şirkətin nəzarətindədir və bu şirkətlər məhsulun bazara hansı qiymətlə çıxacağını faktiki olaraq özləri müəyyən edirlər. Rəqabət zəif olduğu üçün dünya bazarındakı 44 faizlik ucuzlaşma daxili bazara ötürülmür.

Digər tərəfdən, iri supermarket şəbəkələri də bazarda dominant mövqeyə malikdir. Kiçik mağazalar bu şəbəkələrlə qiymət baxımından rəqabət apara bilmir. Supermarketlər yüksək ticarət əlavələri tətbiq edir və alternativ satış kanallarının azlığı istehlakçının seçim imkanlarını məhdudlaşdırır. Nəticədə alıcı ya baha qiymətlə razılaşmalı olur, ya da ümumiyyətlə məhsuldan imtina edir.

Bundan əlavə, bazarda şəffaflığın aşağı olması qiymətlərin süni şəkildə yüksək saxlanmasına şərait yaradır. İdxal dəyəri təxminən 12 manat olan məhsulun mağazalarda 24–25 manata satılması iqtisadi baxımdan izaholunan deyil və bu, daha çox inhisarçı davranışdan xəbər verir. Nəticədə dünya bazarlarında ucuzlaşma baş versə də, bundan nə istehlakçı faydalanır, nə də bazarda sağlam qiymət formalaşır”.

Ləman
Paraqraf.com

Loading

Visited 17 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Sumqayıtda reyd qalmaqalı: məmur cəzalandırılmaq əvəzinə vəzifə verildi?
Next: Əbu-Dabidə İlham Əliyev və Nikol Paşinyan arasında geniş tərkibdə görüş keçirilib

OXŞAR MÖVZULAR

47b19b84-23ed-3c2b-978e-bfae3afe79d1_1200

Azərbaycanın İsraillə ticarət dövriyyəsi 4 %-dən çox azalıb

admin 24 Aprel 2026
03159a8c-50eb-30f7-bbe5-fdd9ff7666d6_1200

Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi 29 % artıb

admin 24 Aprel 2026
zppy1uhdtdw57yuucihop652i5herjohujhg1vuz_1200

Füzulidə körpələr evi-uşaq bağçasının açılışı olub

admin 24 Aprel 2026

XƏBƏR LENTİ

TBNM üzrə 2026-cı il iş planı Astanada təsdiq olunub IMG_20260424_142726

TBNM üzrə 2026-cı il iş planı Astanada təsdiq olunub

24 Aprel 2026
Azərbaycanın İsraillə ticarət dövriyyəsi 4 %-dən çox azalıb 47b19b84-23ed-3c2b-978e-bfae3afe79d1_1200

Azərbaycanın İsraillə ticarət dövriyyəsi 4 %-dən çox azalıb

24 Aprel 2026
Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi 29 % artıb 03159a8c-50eb-30f7-bbe5-fdd9ff7666d6_1200

Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi 29 % artıb

24 Aprel 2026
Füzulidə körpələr evi-uşaq bağçasının açılışı olub zppy1uhdtdw57yuucihop652i5herjohujhg1vuz_1200

Füzulidə körpələr evi-uşaq bağçasının açılışı olub

24 Aprel 2026
Azərbaycan pambıq lifi ixracından gəlirini 44 %-ə yaxın artırıb t7nKIlymyp6NTfEIAa6NNO3ugK1VbhQqXLKXj0ic_1200

Azərbaycan pambıq lifi ixracından gəlirini 44 %-ə yaxın artırıb

24 Aprel 2026
XİN: Bakının çoxtərəfli diplomatiya üçün önəmli mərkəz qismində əhəmiyyəti artır T3kHAuNjFZGCZTbrAbTDj375MACzXQpOEvxYjUpC_1200

XİN: Bakının çoxtərəfli diplomatiya üçün önəmli mərkəz qismində əhəmiyyəti artır

24 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.