Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Xaçmaz Dövlət Peşə Təhsil Mərkəzində Gənclər Gününə həsr olunmuş tədbir keçirilib – VİDEO
CƏMİYYƏTMANŞET

Xaçmaz Dövlət Peşə Təhsil Mərkəzində Gənclər Gününə həsr olunmuş tədbir keçirilib – VİDEO

02 Fevral 2026 1 Min Read
PAYLAŞIN:

Xaçmaz Dövlət Peşə Təhsil Mərkəzində 2 fevral – Gənclər Günü münasibətilə “Gənclik – Gücümüz, Gələcəyimiz” adlı mədəni-maarifləndirici tədbir təşkil olunub.

Tədbirə hazırlıq mərhələsində şagirdlərlə ciddi və planlı şəkildə iş aparılıb. Onlar Azərbaycan kinematoqrafiyasının incilərindən olan “O olmasın, bu olsun” filmindən səhnə fraqmentləri və 1990-cı illərin toy adət-ənənələrini əks etdirən səhnəciklər hazırlayıblar. Şagirdlərin bu prosesə böyük həvəs və məsuliyyətlə yanaşması, müəllimlərin isə onlarla birgə səhnə üzərində işləməsi tədbirin keyfiyyətli ərsəyə gəlməsində mühüm rol oynayıb.

Tədbir akt zalında keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ardınca Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra proyektor vasitəsilə gənclərin 2025-ci il ərzində həyata keçirdikləri fəaliyyətlərə dair videoçarx nümayiş etdirilib.

Proqram çərçivəsində təqdim olunan “O olmasın, bu olsun” səhnəcikləri və 1990-cı illərin toy səhnəsi tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb. Şagirdlər peşəkar aktyor olmasalar da, səhnə mədəniyyəti və rolların inamla canlandırılması tədbirə xüsusi rəng qatıb. Musiqili nömrələrlə çıxış edən şagirdlər isə öz üslub və imiclərini nümayiş etdiriblər.

Tədbirin sonunda Xaçmaz Dövlət Peşə Təhsil Mərkəzinin direktoru çıxış edərək Gənclər Günü münasibətilə müəllim və şagirdləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar və nailiyyətlər arzulayıb.

Qeyd edək ki, bu tədbir mərkəzin rəhbərliyi, müəllimləri və şagirdlərinin birgə zəhməti nəticəsində ərsəyə gəlib və gənclərin yaradıcı potensialının üzə çıxarılmasına xidmət edib. Belə tədbirlərin keçirilməsi gənclərdə maraq və yaradıcılıq hissini artırır, onların sağlam düşüncəli, bilikli və dünyagörüşlü formalaşmasına mühüm töhfə verir.

Ağasiyev Elçin

https://paraqraf.com/wp-content/uploads/2026/02/WhatsApp-Video-2026-02-02-at-13.11.42.mp4

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycana ildə bir dəfə bir mobil telefonun ödənişsiz gətirilməsinə icazə verildi

Next

Azərbaycan millisi Özbəkistanla yoldaşlıq görüşləri keçirəcək

Copyright 2026— Praqraf.com. All rights reserved