Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İQTİSADİYYAT/SOCAR İstiqrazı sahiblərinin qazancı 19 milyon dolları ötüb
İQTİSADİYYAT

SOCAR İstiqrazı sahiblərinin qazancı 19 milyon dolları ötüb

02 Fevral 2026 1 Min Read
PAYLAŞIN:

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2021-ci ildə daxili kapital bazarları üçün emissiya etdiyi ikinci SOCAR İstiqrazlarının 1 milyon 125 min dollarlıq növbəti kupon ödənişi istiqraz sahiblərinin hesablarına köçürülüb (Emissiya Prospektinə əsasən, qeyri-iş gününə təsadüf edərsə, kupon ödənişi növbəti ilk iş günü icra olunur).

Paraqraf.com “SOCAR Capital” şirkətinə istinadən xəbər verir ki, 17-ci kupon ödənişi nəticəsində ikinci SOCAR İstiqrazlarının investorlarına qazandırdığı gəlir ümumilikdə 19 milyon 125 min ABŞ dollarına yüksəlib (tədavül müddətinin sonunda toplam gəlir 22,5 milyon ABŞ dolları təşkil edəcək).

SOCAR-ın hazırda tədavüldə olan istiqrazları ilə Bakı Fond Birjasında 97,3 milyon ABŞ dolları məbləğində ticarət aparılıb və 1612 əqd bağlanıb. Ümumilikdə, SOCAR İstiqrazları buraxılandan (2016) indiyədək SOCAR tərəfindən vətəndaşlara və investorlara 53 milyon 125 min ABŞ dolları məbləğində faiz ödənişi edilib. İkinci SOCAR İstiqrazlarının növbəti kupon ödənişi tarixi 1 may 2026-cı ildir.

10 ilə yaxındır Bakı Fond Birjasında ən çox ticarət olunan korporativ istiqraz statusuna sahib SOCAR İstiqrazlarını 1 və 5 saylı “ASAN xidmət” mərkəzlərindəki SOCAR İstiqrazları köşklərindən və Azərbaycanda rəsmi fəaliyyət göstərən investisiya şirkətlərindən əldə etmək mümkündür.

Əlavə məlumat üçün *1999 çağrı nömrəsi ilə əlaqə saxlaya və ya socaristiqraz.az, socarcapital.az veb-saytlarına müraciət edə bilərsiniz.

Qeyd etmək istərdik ki, SOCAR İstiqrazları ilə bağlı rəsmi məlumatlar yalnız 1–5 saylı “ASAN xidmət” mərkəzləri, ölkəmizdə qeydiyyatdan keçmiş investisiya şirkətləri, yuxarıda qeyd olunan çağrı nömrəsi və veb–saytlardan əldə edilə bilər.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

“Apple” ötən ay Azərbaycanın mobil cihaz bazarındakı payının 8 %-ni itirib

Next

Ümumi təhsil müəssisələrində qış tətili başa çatıb

Copyright 2026— Praqraf.com. All rights reserved