Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Çində narkotik qaçaqmalçılığı və adam oğurluğunda təqsirli bilinən dörd nəfər edam edilib
DÜNYA

Çində narkotik qaçaqmalçılığı və adam oğurluğunda təqsirli bilinən dörd nəfər edam edilib

02 Fevral 2026 1 Min Read
PAYLAŞIN:

Çin hakimiyyəti narkotik vasitələrin satışı və insanların qaçırılması ilə məşğul olan dörd cinayətkar barəsində çıxarılmış ölüm hökmünü icra edib.

Paraqraf.com xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Edam Şençjen şəhərində (cənubdakı Quandun əyaləti) baş tutub. İstintaq materiallarına görə, təqsirləndirilənlər Cinayət Məcəlləsinin qəsdən adam öldürmə, xəsarət yetirmə, dələduzluq, qumar oyunlarının və əxlaqsızlıq yuvalarının təşkili kimi maddələri üzrə də cinayətlər törədiblər.

Rəsmi hesablamalara görə, Myanmadakı cinayətkar dairələrlə əlaqəli olan dələduzların qanunsuz yolla əldə etdikləri vəsaitin həcmi 29 milyard yuanı (Çin Mərkəzi Bankının cari məzənnəsi ilə təxminən 4,2 milyard dollar) ötüb. Bu şəxslər həmçinin təxminən 11 ton metamfetaminin istehsalı və satışı ilə də əlaqəli olublar.

Çində narkotiklərin yayılmasına qarşı sərt qanunvericilik mövcuddur. 50 qramdan artıq heroinin istehsalı və satışı üçün maksimum cəza ölüm hökmü ola bilər. Çin hakimiyyəti həmçinin qəsdən adam öldürmə və ya insan alveri ilə məşğul olan cinayətkarları da ən ağır şəkildə cəzalandırır.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

ABŞ-də qar fırtınası səbəbindən ölənlərin sayı 100-ə çatıb

Next

Ərdoğan nazirlərlə İran-ABŞ gərginliyini müzakirə edəcək

Copyright 2026— Praqraf.com. All rights reserved