Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/ELM VƏ TƏHSİL/Azərbaycanda uşaqlara sosial şəbəkə qadağası qoyulacaq? – Deputat tərəfdarıdır
ELM VƏ TƏHSİL

Azərbaycanda uşaqlara sosial şəbəkə qadağası qoyulacaq? – Deputat tərəfdarıdır

02 Fevral 2026 2 Min Read
PAYLAŞIN:
Son dövrlərdə uşaqların sosial şəbəkələrdə aktiv olması valideynlər arasında narahatlıq doğurur. Övladlarının internetdə keçirdiyi vaxt artdıqca, onların real həyatdan uzaqlaşması və onlayn təhlükələrlə qarşılaşması barədə narahatlıqlar da artır. 
Uşaqların sosial şəbəkədəki fəaliyyətinə nəzarət etmək indi valideynlər üçün əsas məsələlərdən birinə çevrilib.
Mütəxəssislərin fikrincə, uzun müddət sosial media istifadəsi uşaq və yeniyetmələrdə diqqət dağınıqlığı, yuxu problemləri və ünsiyyət çətinliklərinə səbəb ola bilər.
Dünyada bir sıra ölkələr artıq bu məsələyə sərt mövqe ortaya qoyublar. Avstraliya, Malayziya, Fransa və Danimarka kimi ölkələrdə 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdə hesab açması qadağan olunub və ya ciddi şəkildə məhdudlaşdırılır.
Bu qərarların əsas məqsədi uşaqların onlayn təhlükələrdən qorunması və onların sağlam inkişafına diqqət yetirməkdir.
Azərbaycanda isə uşaqların sosial media istifadəsi hələ qanunla tənzimlənmir.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi “Uşaq hüquqları haqqında” yeni qanun layihəsi çərçivəsində uşaqların sosial şəbəkələrə sərbəst çıxışına qadağa qoyulması ilə bağlı dinləmənin keçirilməsini təklif edib.
Komitənin sədri, deputat Hicran Hüseynova iclasda bildirib ki, Azərbaycanda uşaqların sosial şəbəkəyə rahat çıxışı narahatlıq doğurur. Onun sözlərinə görə, bir çox ölkələrdə uşaqların sosial şəbəkələrdən istifadəsi məhdudlaşdırılıb, bəzən hətta hansı filmləri izləyə biləcəkləri də tənzimlənir. Azərbaycanda isə bu sahədə hələ hüquqi tənzimləmə yoxdur.
Hicran Hüseynova əlavə edib ki, məsələnin daha dərindən araşdırılması üçün dinləmə keçirilə və aidiyyəti qurumlar müzakirəyə dəvət oluna bilər. Məqsəd uşaqların onlayn mühitdə təhlükəsizliyini təmin etmək və onların sağlam inkişafını dəstəkləməkdir.
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı AZXEBER.COM-a açıqlamasında bildirib ki, uşaqların dünyagörüşünün formalaşmasında sosial şəbəkələrin təsir gücü danılmazdır:

“Bu gün uşaqların dünyagörüşünün, davranış modelinin və düşüncə tərzinin formalaşmasında sosial şəbəkələrin təsir gücü danılmazdır. Uşaqların sosial şəbəkəyə girişinə məhdudiyyətlərin qoyulması ilə bağlı səsləndirilən fikirlər reallığın çox düzgün və vaxtında ifadəsidir. Çünki məsələ artıq  uşağın mənəvi, psixoloji və intellektual təhlükəsizliyindən gedir”.

O qeyd edib ki, müasir dövrdə sosial şəbəkələrin təsir potensialı danılmazdır:
“Müasir dövrdə sosial şəbəkələrin təsir potensialı danılmazdır. Onu düzgün istiqamətləndirəndə müsbət, istiqamətləndirə bilməyəndə mənfi nəticələr yaranır. Bu baxımından narahatlıqlar əsaslıdır, tədbirlər şərtdir.
Sosial şəbəkələr informasiya mənbəyidir, lakin nəzarətsiz qaldıqda uşaqları yanlış dəyərlərə, aqressiv davranışlara və təhsildən uzaqlaşmaya sürükləyə bilər. Bu isə gələcək nəsillərin formalaşması baxımından ciddi risklər yaradır.
Yeni hazırlanan “Uşaq hüquqları haqqında” qanun layihəsində məhz bu kimi çağırışların nəzərə alınması olduqca vacibdir. Uşaqları qoruyan ağıllı mexanizmlərlə müdafiə etməliyik. Valideyn məsuliyyəti, məktəb nəzarəti və dövlət tənzimlənməsi burada bir-birini tamamlayan əsas sütunlardan olmalıdır”.
Deputat vurğulayıb ki, uşaq hüquqları yalnız fiziki təhlükəsizliklə məhdudlaşmır:
“Uşaq hüquqları yalnız fiziki təhlükəsizliklə məhdudlaşmır, onların informasiya təhlükəsizliyi, sağlam düşüncə mühiti və təhsilə rahat şəkildə fokuslana biləcəyi bir mühitin təmin olunması da əsas hüquqlardandır. Hesab edirəm ki, bu müzakirələr cəmiyyət olaraq uşaqların gələcəyinə necə yanaşdığımızın göstəricisidir. Məsuliyyət hər bir valideynin və bütövlükdə cəmiyyətin üzərinə düşən mənəvi borcdur”.

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Gülbağda Leysanova Hacıyeva 2026-cı il Gənclər üçün Prezident mükafatına layiq görülüb

Next

Bu gün Azərbaycanda Gənclər Günüdür

Copyright 2026— Praqraf.com. All rights reserved