Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Fevral
  • 1
  • Azərbaycan kəndləri boşalır: Şəhərə axının qarşısını necə almaq olar?

Azərbaycan kəndləri boşalır: Şəhərə axının qarşısını necə almaq olar?

admin 01 Fevral 2026 7 minutes read
1769866119183507917697e0387d64fb
PAYLAŞIN:

Azərbaycan kəndlərində əhalinin sürətlə azalması son illər həm sosial, həm də iqtisadi baxımdan ciddi narahatlıq doğurur.

İş imkanlarının məhdudluğu, infrastruktur problemləri və həyat şəraitinin şəhərlərlə müqayisədə zəif olması kənd əhalisini iri şəhərlərə üz tutmağa məcbur edir.

Artıq ölkədə əhalisi cəmi iki-üç nəfərdən ibarət olan kəndlərin mövcudluğu problemin miqyasını açıq şəkildə ortaya qoyur.

Bəs kəndlərin boşalmasının və şəhərə axının qarşısını necə almaq olar?

Mövzu ilı bağlı açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki, şəhərə axın dünyada baş verən ümumi bir prosesdir və bu, təkcə Azərbaycan üçün xarakterik deyil:

“Məhz bu tendensiya, əsasən, gənclərin müəyyən illüziyalara qapılması, daha rahat yaşamaq arzusunun ifadəsidir. Şəhər mühiti gənclərə daha cazibədar, gözoxşayan, müasir və cəlbedici görünür. Buna görə də bir çox gənc şəhərdə yaşamağa üstünlük verir. 

Sözsüz ki, bu, müsbət hal deyil. Çünki nəticədə bir çox kəndlər tədricən boşalır. Bununla belə, kəndlərin müəyyən qaydada boşalmasına təbii proses kimi də yanaşmaq lazımdır. Elə kəndlər mövcuddur ki, onlar bu günün tələblərinə cavab vermir və bu da başa düşüləndir”.

Deputat əlavə edib ki, tarixən insanların köçəri həyat tərzi sürməsi, mal-qara və təsərrüfatla məşğul olması nəticəsində çoxsaylı kiçik kəndlər formalaşıb:

“Elə kəndlər olub ki, orada cəmi 30-50, yaxud 100 nəfər insan yaşayıb və zamanla həmin məntəqələr kənd statusu alıb. Bu gün isə belə kəndlərə yol, işıq, qaz, su xətləri çəkmək, məktəb və xəstəxana tikmək faktiki olaraq mümkün deyil.

Nəzərə alsaq ki, təkcə Lerik rayonunda 170-dən çox kənd var, Laçın, Kəlbəcər və digər rayonlarda kəndlərin sayı 100-dən artıqdır. Bu kəndlər arasında elələri də mövcuddur ki, burada cəmi 5-10 nəfər yaşayır.

Belə şəraitdə həmin yaşayış məntəqələrinə genişmiqyaslı infrastruktur layihələrinin icrası və məktəb tikintisi real görünmür. Belə bir şəraitdə həmin kəndlərin boşalması təbiidir”.

Tahir Rzayev qeyd edib ki, indi çox müsbət haldır ki, işğaldan azad olunmuş ərazilərdə bu cür kiçik kəndlərin birləşdirilməsi prosesi həyata keçirilir və bu yanaşma normal qəbul olunmalıdır:

“Eyni yanaşma digər regionlara da şamil edilə bilər. Əgər kiçik kəndlərdə məktəb, xəstəxana, ictimai iaşə müəssisələri, eləcə də yol, qaz və su kimi əsas infrastruktur mövcud deyilsə, sözsüz ki, onların yaxın ərazilərdə yerləşən kəndlərlə birləşdirilməsi daha məqsədəuyğundur. 

Bununla belə, bu yanaşmanı qəbul etməyənlər də var. Onlar bildirirlər ki, illərdir həmin ərazilərdə məskunlaşıblar, orada ev tikiblər və yaşayış qurublar, bu da başa düşüləndir. Amma mövcud reallıq ondan ibarətdir ki, dövlət ucqar dağ kəndlərində cəmi 10-15- 30 nəfərin yaşadığı yaşayış məntəqələrinə on kilometrlərlə məsafə qət edərək qaz, su və digər infrastruktur xətlərini çəkə bilmir. 

Həmin kəndlərdə bəzən uşaq da olmur ki, təhsil alsın. Bəzən kənddə cəmi 5, yaxud 10 şagird olur. Belə şəraitdə həmin kəndlərdə ayrıca məktəb tikilməsi qeyri-mümkündür”. 

O bildirib ki, bununla yanaşı, kəndlərdən şəhərlərə axının müəyyən qədər qarşısının alınması da vacibdir:

“Böyük kəndlərimiz var ki, orada kifayət qədər şərait mövcuddur, məktəb, xəstəxana və digər ictimai iaşə obyektləri fəaliyyət göstərir. Buna baxmayaraq, həmin kəndlərdən də şəhərə köç edənlər var. Düzünü deyim, bu bəzən qəbul etmirlər. Bir çox hallarda kənddə yaşayış üçün şərait olsa belə, gənclər yenə də şəhərə üz tuturlar.

Onların əksəriyyəti kənddə hansısa vəzifəli iş axtarır. Kənddə müəllim öz işi ilə, həkim öz sahəsi ilə məşğuldur, müəyyən qurum və müəssisələrdə artıq çalışan şəxslər var. 

Kənd əhalisinin əsas məşğuliyyəti isə kənd təsərrüfatı olmalıdır. Yəni mal-qara saxlamalı, şəxsi təsərrüfatını inkişaf etdirməli, əkin-biçinlə məşğul olmalıdır.

Son illərdə gənclərimiz buna az gedirlər. Onlar zəhmət çəkmək istəmirlər və daha çox yüngül iş axtarırlar. Nəticədə şəhərə üz tutur, aylarla işsiz qalırlar ki, bu da bəzən xoşagəlməz sosial nəticələrə gətirib çıxarır”.

Tahir Rzayev vurğulayıb ki, dövlət tərəfindən kəndlərdə sahibkarlığın inkişafı üçün müxtəlif proqramlar həyata keçirilir və bu sahədə müvafiq mühit yaradılıb:

“Torpaqlar pay sahiblərinə verilib, demək olar ki, hər bir ailənin öz fərdi təsərrüfatı və həyətyanı torpaq sahəsi mövcuddur. Amma müşahidələr göstərir ki, bu gün bir çox kəndlərdə həyətyanı torpaq sahələri faktiki olaraq boş qalır. Toyuq-cücə saxlanılmır, mal-qara ilə məşğul olunmur. 

Təkcə pay torpaqlarında deyil, hətta həyətyanı sahələrdə belə göy-göyərti əkilib becərilməsinə qarşı laqeyd yanaşılır. Belə olan halda, əlbəttə ki, kəndlərdə lazımi imkan və şərait olmayacaq. Ancaq elə kəndlərimiz də var ki, orada insanlar yaxşı yaşayır, maddi vəziyyətləri qənaətbəxşdir. Çünki zəhmət çəkir, əkib-becərirlər”.

O qeyd edib ki, ət, süd və digər kənd təsərrüfatı məhsullarının qiymətinin ildən-ilə artmasının səbəbi əsasən təsərrüfatsızlığın nəticəsidir:

“Əvvəllər demək olar ki, hər həyətdə bir neçə xırdabuynuzlu mal-qara, toyuq-cücə olurdu, bostan məhsulları əkilirdi. İnsanlar bundan faydalanırdı. Bu səbəbdən bazarlarda qiymətlər də münasib idi.

Bu gün isə əgər kənd sakini kənddən gəlib şəhərdə göy-göyərti alırsa, sözsüz ki, qiymət artımı qaçılmazdır. Kənddə təsərrüfatla məşğul olunmursa, təbii ki, ətin və digər ərzaq məhsullarının qiyməti də yüksəlməlidir.

Dövlət işsizliyin aradan qaldırılması üçün müxtəlif proqramlar həyata keçirir. Ancaq insanlar da özləri düşünməlidirlər ki, əgər kənddə yaşayırlarsa, kəndin şəraitinə, adət-ənənəsinə uyğun davranmalıdırlar. Kiçik və orta sahibkarlığa üstünlük vermək, torpaqdan və mövcud imkanlardan səmərəli istifadə etmək vacibdir”.(cebheinfo)

Loading

Visited 8 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Sayğacdakı problemə görə fantastik məbləğdə borc gəldi – VİDEO
Next: Xankəndidə neçə erməni yaşayır?

OXŞAR MÖVZULAR

q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

admin 07 Mart 2026
_innews_77a1d754a7100cef40439508a_o

Ceyhun Məmmədov gənclərə müraciət etdi: “Prinsip və dəyərlərinizə hər zaman sadiq olun”

admin 07 Mart 2026
645168162_1254756293533355_1263298177874968740_n

Göyçə mahalının tarixini yaşadan yeni nəşr: Pəmbək kəndinə həsr olunmuş kitabın təqdimatı keçirildi

admin 07 Mart 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.