Venesuela prezidenti Delsi Rodrigez ABŞ prezidenti Donald Tramp və dövlət katibi Marko Rubio ilə telefon danışığı aparıb.
Paraqraf.com xəbər verir ki, bu barədə Rodrigez “Venezolana de Televisión” televiziya kanalında danışıb: “Mənə ABŞ prezidenti Donald Tramp və ABŞ dövlət katibi Marko Rubio zəng edib və söhbət zamanı hər iki ölkənin hazırladığı iş gündəliyini müzakirə etdik”.
O qeyd edib ki, söhbət zamanı Venesuela hava məkanında kommersiya uçuşlarına qoyulan məhdudiyyətlərin aradan qaldırılması da daxil olmaqla, mühüm məsələlər müzakirə olunub: “Uçması lazım olan bütün aviaşirkətlər fəaliyyət göstərsin və gəlməsi lazım olan investorlar gəlsin”.
Daha əvvəl Venesuela prezidentinin mətbuat xidməti Trampın Rodrigezlə telefon danışığında Venesuela üzərində hava məkanının açıldığını elan etdiyini və Bolivar Respublikasının hazırkı rəhbərliyi ilə münasibətləri “çox güclü” adlandırdığını bildirib.
![]()
