Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İQTİSADİYYAT/Pensiya və əməkhaqqı ilə bağlı vacib açıqlama
İQTİSADİYYATMANŞET

Pensiya və əməkhaqqı ilə bağlı vacib açıqlama

31 Yanvar 2026 1 Min Read
PAYLAŞIN:

Son illər ölkədə artan qiymətlər fonunda pensiyaların real alıcılıq qabiliyyətinin azalması ciddi müzakirə mövzusuna çevrilib.

Sosial təminatın maaş artımına, yoxsa inflyasiya səviyyəsinə uyğunlaşdırılmalı olduğu barədə müxtəlif yanaşmalar irəli sürülür.

Paraqraf.com xəbər verir ki, pensiyaların hansı meyarlara əsasən hesablanmalı olduğu ilə bağlı Konkret.az-a açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc mövcud indeksləşmə mexanizmlərindən və gözlənilən dəyişikliklərdən danışıb.

“İqtisadi güc və inkişaf səviyyəsi birbaşa olaraq maaşların və pensiyaların artımına təsir göstərir. Hazırda Azərbaycanda hər il əvvəlki illə müqayisədə orta aylıq əməkhaqqının məbləği nəzərə alınır və artım faizi indeksləşdirilir. Məhz bu indeks əsasında həm əməkhaqları, həm pensiyalar, həm də digər sosial müavinətlər artırılır”.

Vüqar Oruc qeyd edib ki, ötən il bu indeksləşmə 9,2 faiz təşkil edib və cari il ərzində də maaşların, pensiyaların və müavinətlərin bu istiqamətdə artırılması gözlənilir.

“Əsas qaydalara görə minimum əməkhaqqı orta əməkhaqqının yarısından aşağı olmamalıdır. Hazırda bu göstərici təxminən 500–550 manat civarındadır. Pensiyalar isə adətən minimum istehlak büdcəsinə uyğun şəkildə hesablanır.

2026-cı il üçün yaşayış minimumunun ölkə üzrə 300 manat, əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün isə 260 manat səviyyəsində müəyyənləşdirilməsi nəzərdə tutulur”.

Vüqar Oruc vurğulayıb ki, gözlənilən əsas məqam pensiyaların minimum həddinin minimum istehlak büdcəsinə uyğunlaşdırılmasıdır. Bununla belə, ölkədəki qiymət artımı fonunda istər pensiyaların orta həddi, istərsə də minimum əməkhaqqı məbləğlərinin mövcud qiymətlərlə müqayisədə kifayət qədər aşağı olduğu da diqqət çəkir.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

​​​​​​​Ukrayna və Moldovada enerji sistemində problem yaranıb

Next

Kiyev metrosu fəaliyyətini dayandırdı

Copyright 2026— Praqraf.com. All rights reserved