Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Yanvar
  • 31
  • “Parlamentlərin Dayanıqlı Şəhərlərin İnkişafında Rolu” mövzusunda beynəlxalq tədbir keçirilib

“Parlamentlərin Dayanıqlı Şəhərlərin İnkişafında Rolu” mövzusunda beynəlxalq tədbir keçirilib

admin 31 Yanvar 2026 5 minutes read
623388201_122182800650465556_4883638742015358138_n
PAYLAŞIN:
30 yanvar tarixində dünyanın 30 ölkəsindən 35-dən çox parlamentarinin iştirakı ilə ilk dəfə olaraq ölkəmizin şəhərsalma təcrübəsi və WUF13-ə həsr olunmuş “Parlamentlərin Dayanıqlı Şəhərlərin İnkişafında və Davamlı Şəhərsalmanın Təşviqində Rolu” adlı tədbir keçirilib.
Tədbirin məqsədi WUF13 çərçivəsində parlament diplomatiyasının təşviqinə töhfə vermək olub.
Tədbir Qlobal Parlamentari Akademiyasının (GCAP) üzvü kimi deputat Pərvanə Vəliyevanın təşəbbüsü ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi – “WUF13 Azərbaycan”la əməkdaşlıq çərçivəsində baş tutub. BMT sistemindən UN-Habitat və digər iki ixtisaslaşmış qurumun təmsilçiləri müzakirələrdə iştirak edib.
Tədbirdə çıxış edən xarici deputatlar öz ölkələrinin urbanizasiya təcrübələri barədə danışıblar.
Tədbiri açılış nitqi ilə açan deputat Pərvanə Vəliyeva xarici həmkarlarına təşəbbüsü dəstəkləyərək WUF13-ə həsr olunmuş iclasa qatıldıqlarına görə təşəkkür edib. Açılışda xüsusi qonaq qismində Dominikanın Ətraf mühit və Kəndlərin müasirləşdirilməsi naziri Kozier Frederik çıxış edərək, kiçik ada dövlətlərinin urbanizasiya təcrübələrindən və mövcud çətinliklərdən bəhs edib. Bildirib ki, 2015-ci ildə Tropik Erika fırtınası və 2017-ci ildə Mariya qasırğasının törətdiyi dağıntılardan sonra anladıq ki, zəif tənzimləmə fəlakətlərin vurduğu zərərləri daha da artırır. Dominika parlamenti tikinti normalarını, zonalaşdırma qanunlarını və fiziki planlaşdırma sistemlərini gücləndirdi ki, mənzil siyasəti ilk növbədə insanların həyatını, yalnız bundan sonra bazar maraqlarını qorusun və gələcək nəsillər üçün dayanıqlı şəhərlər qurulsun.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin aparat rəhbərinin müavini, WUF13 Milli Koordinatorun müavini Gülşən Rzayeva ölkəmizin şəhərsalma təcrübəsi və Ümumdünya Şəhərsalma Forumuna hazırlıq prosesi barədə təqdimatla çıxış edib, tədbirin məqsədləri və iştirakın perspektivləri barədə məlumat verib. O, həmçinin müasir şəhərsalma təcrübələrinin tətbiqində qanunvericiliyin rolu və şəhərsalma forumlarında parlament diplomatiyasının vacibliyinə toxunub.
Müzakirələrdə iştirak edən xarici deputatlar Azərbaycanın WUF13-ə ev sahibliyini, eləcə də zəngin şəhərsalma təcrübəsini yüksək qiymətləndirərək, WUF13 Milli Koordinatora birgə müraciət ünvanlayıblar. Müraciətdə deyilir:
“Biz, 30 ölkəni təmsil edən parlament üzvləri olaraq qəbul edirik ki, şəhərlər bu günün ən aktual qlobal çağırışlarının mərkəzində dayanır və eyni zamanda onların həllinin əsas açar nöqtəsidir. Sürətli urbanizasiya, iqlim riskləri, bərabərsizlik, məcburi köçkünlük və dərinləşən qlobal yaşayış yeri böhranı əlaqələndirilmiş siyasi liderlik, qanunvericilik fəaliyyəti və davamlı investisiyalar tələb edir.
Biz yaşayış yerlərini sosial sabitliyin əsas dayağı kimi tanıyırıq. Dünyada milyardlarla insanı əhatə edən qlobal yaşayış yeri böhranına cavab olaraq aşağıdakı çağırışları edirik:
– Xüsusilə aşağı gəlirli qruplar, qadınlar, gənclər, miqrantlar və qaçqın/məcburi köçkünlər üçün əlçatan, adekvat və dayanıqlı yaşayış yeri həllərinin hazırlanması;
– Sosial yaşayış yeri, inklüziv zonalaşdırmanı və məsuliyyətli şəhər idarəçiliyini dəstəkləyən qanunvericilik çərçivələrinin formalaşdırılması.
Biz bir daha təsdiqləyirik ki, parlamentlər qlobal şəhər öhdəliklərinin milli qanunlara, siyasətlərə və maliyyələşmə mexanizmlərinə çevrilməsində həlledici rol oynayır.
Biz dünya üzrə parlamentləri aşağıdakılara çağırırıq:
– Dayanıqlı şəhər inkişafını milli inkişaf strategiyalarına, iqlim siyasətlərinə və büdcə çərçivələrinə inteqrasiya etmək;
– Yeni Şəhər Gündəliyi və Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq iqlimədavamlı, inklüziv və insan-mərkəzli şəhərlərə qanunvericilik dəstəyini gücləndirmək;
– Xidmətlərə, mikromobilliyə, yaşıl məkanlara və əsas infrastruktur obyektlərinə ədalətli çıxışı təmin edən şəhər siyasətlərini təşviq etmək.
Biz Dünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının ev sahibi kimi Azərbaycan Respublikasına güclü dəstəyimizi ifadə edirik, Azərbaycanın dayanıqlı urbanizasiya üzrə qlobal dialoqu irəli aparmaq öhdəliyini və şəhərləri dayanıqlığın, sülhün və inklüziv inkişafın hərəkətverici qüvvəsi kimi mövqeləndirmək istiqamətində fəaliyyətini alqışlayırıq”.
Müraciət yekdilliklə dəstəklənib. Qeyd edək ki, parlamentarilər Ümumdünya Şəhərsalma Forumlarının əsas iştirakçı qruplarından biridir.
Возможно, это изображение отдел новостей и текст "Parvana Parvanavaliyeva valiyeva Hon. Agho AghoOliv. Oliv.. 酒好 子日定当信が代年にご作す Hon Agho live er AzerbaijanMilli Majli NAT ONAL ASSEME... RajeevIssar Rajeev Issar Rajee Issar Esther EstherJolobala Jolobala Nazrin Heyc3 ova Esthe Jo lobala KING S ELECTR.. HON MAKARA LEP... Esther Jailosi Jol... KING'S SELECTRONICS Esther Jailosi oloba. Ulvi Garazade Ulvi Garazade"
Возможно, это изображение один или несколько человек и текст "WORLD URBAN FORUM PORVAND PORVANDVRLYEVA VOLIYEVA 22 S BAKI 020M 200E AlecaanMaMaia Panana Rajeev ssar atramleydarova MS. ELIZABETH SAVILLE ROBERTS MEMBER OF PARLIAMENT, UNITED KINGDOM 24SC SENATOR LORR SENATORL SENATORLORRANE anthony Hon. Cozler Fre. Mot.cozierFrederick Basim Kadim Esther EstherJolobala Jolobala ΣΞΕΙΝΙΝΔΣи Folebala Esther Jailosi Jol.. lsant #WUF13 UlGarazade Uhvi UlvGarazade KING'SELECTR Hon. Agho Oliv. KINGSELECTRONCS onAghoOliver Bame KhurChandara L LayaN"
Возможно, это изображение учеба и текст
Возможно, это изображение один или несколько человек и текст "GuashanRzayeva Rzayeva Guishan 31"
Возможно, это изображение отдел новостей и текст "UNITED nATIONS STAFF STAFFCOLLEGE COLLEGE Panaraahna า 73、 If Họn Agho Oliv GinaFeveriahy-vNGsc HomAghoOver Atrta:aMiaMA Rajeev sar Esther Jolobala Raeevss KING'SELECTR KING'S ELECTR Esther oloBala Ο Esther Jailosi Jol ONGSELECTRONCS ECTRONIC Abreham Berta UlviGarazade Ulvi Esther JalosiJoloba AbrehamBert SENATOR LORR Carazade anthony SENATORLORRA ORRAN Basim Kadim L LeytaN Edward Lambe.. BasimKadim sunita baral tdnarLambeAda LambeAda Nalolo Hen. Isuntaara Nalolo-Hos Nalolo"
Нет описания фото.

Loading

Visited 10 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Hacı Nuranın yenidən səhhətində problem yarandı
Next: Xətai rayonunda Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib – FOTOLAR

OXŞAR MÖVZULAR

Ky6GtZD1sN3qdmNZQ2OR9bPK3P0WCopYrrodFE0h_1200

İlham Əliyev Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib

admin 06 Mart 2026
WhatsApp Image 2026-03-06 at 00.30.47

Ceyhun Məmmədov: “Naxçıvanın vurulması İranın acizliyinin və qorxaqlığının açıq göstəricisidir”

admin 06 Mart 2026
647698508_870797589282233_8193893080813526771_n

Naxçıvana uzanan əl: Azərbaycanın səbrini sınayan təhlükəli təxribat

admin 06 Mart 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.