Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Bu ölkədə faciə – 200-dən çox insan öldü
DÜNYA

Bu ölkədə faciə – 200-dən çox insan öldü

31 Yanvar 2026 1 Min Read
PAYLAŞIN:

Konqo Demokratik Respublikasının şərqindəki Şimali Kivu vilayətində mədən çökməsi nəticəsində azı 227 nəfər ölüb.

Bunu vilayət qubernatorunun nümayəndəsi Lubumbu Kambere Muisaya deyib.

“200-dən çox insan bu sürüşmənin qurbanı olub, onların arasında mədənçilər, uşaqlar və tacirlər var”, – o bildirib.

Lubumbu Kambere Muisayanın sözlərinə görə, bəzi insanlar son anda xilas edilib, lakin ağır xəsarətlər alıblar. Muisa xəsarətlərin dəqiq xarakterini açıqlamayıb. Qubernatorun müşaviri təsdiqlənmiş ölənlərin sayının azı 227 nəfər olduğunu, dəqiq rəqəmin isə hələ müəyyənləşdirilmədiyini qeyd edib.

Çökmə koltan filizi hasil edilən Rubaya mədənində baş verib. Bu mədən dünya üzrə həmin filizin hasilatının təxminən 15 %-ni təmin edir.

Koltan filizi (kolumbit-tantalit sözünün qısaldılması) özündə niyobit adı ilə də tanınan kolumbit və tərkibində niyob və tantal olan tantalit minerallarını ehtiva edir. Konqo tantal istehsalında dünya lideridir və bunu kifayət qədər böyük fərqlə edir, lakin ölkədə hasilat, əsasən, kustar üsullarla aparılır. Koltan, eləcə də onun elementləri olan niyob və tantal elektronika, tibbi avadanlıqlar və polad istehsalı daxil olmaqla, geniş istifadə sahəsinə malikdir.

Tantal dünya elektron sənayesində əsas rol oynayır. Bu metalın böyük hissəsi elektron kondensatorların istehsalında istifadə olunur ki, onlar smartfonların və digər geniş tələbat olan elektronikanın əsas komponentləridir. Bununla yanaşı, insan orqanizmində immun reaksiyanın olmaması səbəbindən tantal cərrahi alətlərin hazırlanmasında, implantlarda, qopmuş sinir və əzələlərin birləşdirici elementi kimi də tətbiq olunur./Yeni Sabah

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Prezidentin işdən çıxardığı Süleyman Mikayılov KİMDİR… – DOSYE

Next

ABŞ-dən 9 milyardlıq raket alacaq – Razılaşma TƏSDİQLƏNDİ

Copyright 2026— Praqraf.com. All rights reserved