Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Yanvar
  • 31
  • Kredit istəyənlərə BƏD xəbər: banklar bunu niyə edir

Kredit istəyənlərə BƏD xəbər: banklar bunu niyə edir

admin 31 Yanvar 2026 3 minutes read
954512640ae4a5e583a30efd1b8e1c9a
PAYLAŞIN:

2026-cı ilin yanvar ayına olan məlumata görə, Azərbaycanda bank sektorunda kreditləşmədə artım müşahidə olunur. Bu artım xüsusilə istehlak, biznes və ipoteka sahələrini əhatə edir. Ümumilikdə 18 bankın istehlak kredit portfeli, 15 bankın biznes kredit portfeli və 17 bankın ipoteka portfeli böyüyüb. 2 bankın istehlak krediti isə 1 milyard manatı keçib.

Qeyd edək ki, son vaxtlar bankların kredit faizlərində artım müşahidə olunur. Belə ki, ötən il 11-17 faizlə kredit təklif edən banklarda indi faiz dərəcəsi meyarlardan asılı olaraq 18 faizdən başlayaraq təklif edilir.

Azərbaycanda banklar faizlərdən nə qədər pul qazanırlar? – TAM SİYAHI | KONKRET

İqtisadçı Rəşad Həsənov  açıqlamasında bildirib ki, cari şəraitdə kredit şərtlərinin bahalaşmasını şərtləndirən müxtəlif faktorlar var. Ekspertin sözlərinə görə, ilk səbəb bank sektorunda izafi likvidliyin azaldılması istiqamətində son illərdə requlyator qurum tərəfindən həyata keçirən siyasətdir:

“İzafi likvidliyin azalması banklar arası bazarın inkişafı, vəsaitlərin banklar arasında bölüşdürülməsi, müxtəlif müştəri seqmentlərinə ötürülməsi ilə bağlı mühitin inkişaf etməsi dolayısı ilə müvafiq istiqamətdə bankların faiz siyasətinə artırıcı təsir göstərir çünki izafi likvidliyin bank sektorundakı təzyiqləri qismən də olsa, azalır.

Bundan başqa, son iki ildə tələbin kəskin şəkildə artması bu və ya digər şəkildə banklar üçün daha yüksək faiz siyasəti həyata keçirməsi imkanı formalaşdırır. Eyni zamanda, bank sektorunun kredit portfelinin, müştəri bazasının genişlənməsi hər növbəti müştəriyə münasibətdə risk yaradır. Aydın məsələdir ki, bank prosesə daha təminatlı və daha az riskli müştəridən başlayır. Əgər ekspansiya istiqamətində qərar qəbul edirsə, bu o deməkdir ki, hər növbəti müştəri daha risklidir. Alqoritmlər riskli müştərilər üçün daha yüksək faizlər müəyyən edirlər. Bu da orta faiz dərəcəsini yuxarı çəkən amillərdən biri hesab olunur”.

Zavod çörəyindən başqa bütün çörəklər bahalaşıb” – Rəşad Həsənov

İqtisadçının fikrincə, digər amil cəlb olunan vəsaitlərin xərclərinin artması ilə bağlıdır:

“2024-2025-ci illərdə depozitlər üzrə əmanətlər ciddi şəkildə artdı. Hətta sistem əhəmiyyətli banklarda belə bu artım gözlə görünəcək səviyyədə, 5-6 faiz yaxud 80-90 faiz ətrafında oldu. Banklar ən yüksək faiz dərəcəsində, 11-12 faizlə sığortalanan əmanətlər cəlb etməyə başladılar. 2023 və ondan əvvəlki dövrdə bu göstərici 5-6 faiz idi. Xərclərin artması kreditlər faizlərinə öz təsirini göstərir, müvafiq olaraq, faiz dərəcələrində öz əksini tapır. Bu konyukturda, paralel olaraq, Mərkəzi Bank tərəfindən sistem əhəmiyyətli banklara münasibətdə sərtləşdirilən prudensial çərçivə ehtiyat normalarının artırılması tələbi və s. də ötən dövr ərzində kredit faizlərinin artmasına təsir göstərdi”.(musavat.com)

Nigar Həsənli

Loading

Visited 2 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Şamxani bu ölkələrə XƏBƏRDARLIQ ETDİ
Next: Tramp da, Rubio da Rodrigezə zəng vurub

OXŞAR MÖVZULAR

toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

admin 07 Mart 2026
a0s8Yo4BhKMds4DnLmBJ3GMbsddz9q4QgtEacGKp_1200

Azərbaycan Əfqanıstana pambıq yağı tədarük etməyə başlayıb

admin 07 Mart 2026
5Pn4xry9Pb1ZOnyL5hQGxt49rBmdbfiS3z06RHa9_1200

Azərbaycan neftinin qiyməti 95 dollara yaxınlaşıb

admin 07 Mart 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.