Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Tramp kəşfiyyat rəhbərləri ilə qapalı müzakirə keçirir – İrana ZƏRBƏ endirilə bilər
DÜNYA

Tramp kəşfiyyat rəhbərləri ilə qapalı müzakirə keçirir – İrana ZƏRBƏ endirilə bilər

30 Yanvar 2026 1 Min Read
PAYLAŞIN:

ABŞ prezidenti Donald Trampın yanında kəşfiyyat qurumlarının rəhbərləri və nümayəndələri ilə qapalı görüş başlayıb.

Paraqraf.com xəbər verir ki, görüşlə bağlı məlumat Ağ Evin saytında yerləşdirilsə də, müzakirə mövzusu açıqlanmayıb. Onun Yaxın Şərqdə geosiyasi gərginliyin artması və ABŞ-ın İrana qarşı sərt ritorikası fonunda keçirilməsi diqqəti cəlb edir. Son günlərdə ABŞ administrasiyasının rəsmiləri dəfələrlə Vaşinqtonun diplomatik irəliləyiş olmadığı təqdirdə müxtəlif variantları nəzərdən keçirməyə hazır olduğunu bildiriblər.

Tramp əvvəllər İrana doğru “nəhəng bir armada”nın gəldiyini və Tehranın nüvə silahlarının tamamilə ləğvini nəzərdə tutan “ədalətli və bərabər” bir razılaşma üzrə danışıqlara razı olacağına ümid etdiyini bildirmişdi. Amerika prezidenti xatırladıb ki, 2025-ci ilin iyun ayında ABŞ “Gecə cəkici” əməliyyatının bir hissəsi olaraq İranın nüvə obyektlərinə zərbələr endirib. O, “növbəti hücumun daha pis olacağını” bəyan edib və “bunun baş verməsinə yol verməməyə” çağırıb.

Lakin yayılan məlumatlara görə, İran yalnız nüvə sahəsində razılaşmaya gedə biləcəyini açıqlayaraq, raket proqramını heç kimlə müzakirə etməyəcəyini ABŞ tərəfinə çatdırıb.

Baş verən proseslər bu həftəsonu ABŞ-ın İrana zərbə endirəcəyi gözləntilərini gütdikcə gücləndirir.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycanlıları öldürən rus polislər mükafatlandırıldı

Next

Ermənistan “sülh ordusu” qurur?

Copyright 2026— Praqraf.com. All rights reserved