Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Yanvar
  • 30
  • Ərdoğan İranla bağlı HƏRƏKƏTƏ KEÇDİ – Trampa GÖZLƏNİLMƏZ TƏKLİF

Ərdoğan İranla bağlı HƏRƏKƏTƏ KEÇDİ – Trampa GÖZLƏNİLMƏZ TƏKLİF

admin 30 Yanvar 2026 2 minutes read
593121cc5ebbe7c47fcf59e5987001b8
PAYLAŞIN:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampa İranla bağlı üçtərəfli sammit keçirməyi təklif edib.

Paraqraf.com xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, Ərdoğan bu təklifi 27 yanvarda ABŞ prezidenti ilə telefon danışığı zamanı səsləndirib.

O, ABŞ, İran və Türkiyə arasında videokonfrans formatında yüksək səviyyəli görüşün keçirilməsini təklif edib.

“Trampın Ərdoğanın təklifinə müsbət yanaşdığı bildirilir”, – deyə nəşrin köşə yazarı Hande Fırat yazıb.

Qəzet həmçinin İranın xarici işlər naziri Abbas Əraqçinin bu həftə həmkarı Hakan Fidanla danışıqlar aparmaq üçün Türkiyəyə səfər edəcəyini bildirib, lakin konkret tarixlər açıqlanmayıb.

Qeyd edək ki, Türkiyə və İran xarici işlər nazirləri sonuncu dəfə yanvarın 28-də telefonla danışıblar və İran ətrafındakı son hadisələri, bölgədəki gərginliyin azaldılması səylərini müzakirə ediblər.

Ankara İran ətrafındakı vəziyyətin diplomatik yollarla həll olunacağına ümid edir. Bu barədə Türkiyə Prezidentinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç çərşənbə axşamı “TRT Haber”də bildirib. O qeyd edib ki, Türkiyə İranın işlərinə xarici müdaxilənin müsbət nəticə verməyəcəyinə inanır.

Xatırladaq ki, dekabrın 29-da İranda rialın kəskin şəkildə ucuzlaşması ilə başlayan küçə etirazlarından sonra iğtişaşlar başlayıb və əksər böyük şəhərlərə yayılıb.

Abbas Əraqçinin sözlərinə görə, 8 yanvardan bəri nümayişçilər arasında silahlı terrorçular peyda olub. Tehran baş verən iğtişaşların təşkilində İsrail və ABŞ-ı ittiham edib

Loading

Visited 4 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Bakıdan İranla bağlı SON DƏQİQƏ AÇIQLAMASI – “Hava məkanımızdan istifadə…”
Next: Porsuğu taxta ilə öldürüb ətini yeyən qazi CƏRİMƏLƏNDİ

OXŞAR MÖVZULAR

PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

admin 07 Mart 2026
EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

admin 07 Mart 2026
2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

admin 07 Mart 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.