Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/ELM VƏ TƏHSİL/Əmrah Həsənli: “Saxta psixoloqlar cəmiyyət üçün real təhlükəyə çevrilib”
ELM VƏ TƏHSİLMANŞET

Əmrah Həsənli: “Saxta psixoloqlar cəmiyyət üçün real təhlükəyə çevrilib”

30 Yanvar 2026 2 Min Read
PAYLAŞIN:

Son illər psixoloji xidmət sahəsində müşahidə olunan nəzarətsiz və qeyri-peşəkar fəaliyyət cəmiyyətdə ciddi narahatlıq doğurur. Xüsusilə heç bir ixtisası və rəsmi təhsili olmadan özünü “psixoloq” kimi təqdim edən şəxslərin sayının artması psixoloji sağlamlıqla bağlı riskləri daha da dərinləşdirir.

Mövzu ilə bağlı təhsil eksperti, TİHA-nın sədri Əmrah Həsənli Paraqraf.com-a açıqlama verərək bildirib ki, bu tendensiya artıq fərdi seçim məsələsi deyil, ictimai təhlükəsizlik və məsuliyyət problemidir:

Əmrah Həsənli: Müəllim bütün peşələrin gözüdür - Paraqraf.com

“Son vaxtlar cəmiyyətdə qəribə bir mənzərə yaranıb: kimə baxırsan, psixoloqdur. Nə təhsili bəllidir, nə ixtisası, nə də bu sahəyə hansı yolla gəldiyi. Amma rahat-rahat insanlara məsləhət verir, taleyinə, psixologiyasına müdaxilə edir. Açıq danışaq, bu məsələ artıq sadəcə seçim yox, təhlükə məsələsidir. Psixoloq olmaq bir neçə motivasiya cümləsi paylaşmaqla, sosial şəbəkədə aktiv olmaqla, kiminsə dərdini dinləyib ‘narahat olma, keçəcək’ deməklə olmur. Bu peşənin arxasında illərlə oxunan təhsil, elmi bilik, praktika və ən əsası məsuliyyət dayanır. İnsan psixologiyası oyuncaq deyil ki, kim gəldi əl atsın, sınasın. Keyfiyyətli psixoloq heç vaxt möcüzə satmır, qısa zamanda ‘səni tam sağaldacağam’ kimi boş vədlər vermir. O bilir ki, hər insan fərqlidir, hər problemin yolu zamandan və düzgün yanaşmadan keçir. Özünü hər mövzuda mütəxəssis kimi təqdim edən, hər kəsə eyni cümlələri deyən adam peşəkar yox, sadəcə risk mənbəyidir”.

Ekspert qeyd edib ki, sosial mediada şou xarakterli fəaliyyət göstərən, başqasının ağrısını kontentə çevirən, etik qaydaları və məxfilik anlayışını tanımayan şəxslər də ciddi narahatlıq doğurur:

“Psixoloq reytinq dalınca qaçmamalıdır. İnsanların travması baxış sayı artırmaq üçün vasitə deyil. Bu, açıq-aşkar məsuliyyətsizlikdir. Əgər qarşımıza təhsili olmayan, amma özünü psixoloq kimi təqdim edən insanlar çıxırsa, onlara səssiz qalmaq da düzgün deyil. Nə reklam etməliyik, nə də ‘birdən xeyri dəyər’ deyib riskə girməliyik. Psixoloji sağlamlıq zarafat mövzusu deyil və bu sahədə cəmiyyət olaraq daha diqqətli, daha tələbkar olmalıyıq. Nəticə olaraq bir həqiqəti qəbul edək: necə ki, sağlamlığımızı təsadüfi adama etibar etmirik, psixologiyamızı da hər önünə çıxana tapşırmaq olmaz. Təhsili, biliyi və etikası olmayan adamın adı nə olur-olsun, psixoloq deyil”.

Ləman
Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

İlham Əliyev bu şəxsləri təltif etdi – SİYAHI

Next

Respublika Qan Bankı fədakar donorun xidmətlərini dəyərləndirdi

Copyright 2026— Praqraf.com. All rights reserved