Rusiyada 100-ə yaxın məktəbli infeksiyaya yoluxub
Rusiyanın Tümen vilayətindəki məktəblərdən birində kəskin bağırsaq infeksiyası yayılıb.
Paraqraf.com xəbər verir ki, bu barədə Rusiya KİV-i mənbələrə və Tümen vilayətinin Səhiyyə Departamentinə istinadən məlumat yayıb.
Ümumilikdə 100-ə yaxın uşaq zərər çəkib, vəziyyəti orta ağır qiymətləndirilən bir uşaq xəstəxanaya yerləşdirilib. Digərlərinə ambulator yardım göstərilir.
Səhiyyə Departamentindən verilən məlumata görə, hazırda vəziyyət nəzarət altındadır.
Paraqraf.com
![]()