Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İQTİSADİYYAT/Naxçıvanda vergi ödəyicilərinin sayı 7 %-dən çox artıb
İQTİSADİYYAT

Naxçıvanda vergi ödəyicilərinin sayı 7 %-dən çox artıb

29 Yanvar 2026 1 Min Read
PAYLAŞIN:

Bu il yanvarın 1-nə Naxçıvan Muxtar Respublikasında 54 179 vergi ödəyicisi olub.

Paraqraf.com xəbər verir ki, bunu Naxçıvanın iqtisadiyyat naziri Kazım Hüseynəliyev ötən ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 7,4 % çoxdur.

Bundan başqa, nazir qeyd edib ki, il ərzində muxtar respublikada qeydiyyatda olan aktiv vergi ödəyicilərinin sayı 2,7 % artaraq 22 360, aktiv obyektlərin sayı 1,9 % artaraq 6 090, ƏDV ödəyicilərinin sayı 20,6 % artaraq 855, qeydiyyatda olan aktiv POS-terminalların sayı 65,7 % artaraq 4 296, qeydiyyatda olan yeni nəsil nəzarət kassa aparatlarının sayı 1,1 % artaraq 3 259, aktiv bank hesablarının sayı 35,7 % artaraq 29 778, yeni açılmış bank hesablarının sayı isə 18,1 % artaraq 8 234 olub.

“2025-ci ildə nağdsız əməliyyatlar üzrə dövriyyə 2024-cü illə müqayisədə 19,6 % artaraq 1 milyard 227,3 milyon manat, qeydiyyatda olan POS-terminallar üzrə dövriyyə 21,9 % artaraq 136,5 milyon manat, yeni nəsil nəzarət kassa aparatları üzrə dövriyyə 26 % artaraq 509,8 milyon manat, vergi ödəyiciləri üzrə dövriyyə 5,9 % artaraq 1 milyard 456,5 milyon manat təşkil edib”, – deyə K.Hüseynəliyev əlavə edib.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Naxçıvanda indiyə qədər 4 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb

Next

Ötən il Azərbaycanda avtomobil kreditləri üzrə orta faiz dərəcəsi 13 %-ə yüksəlib

Copyright 2026— Praqraf.com. All rights reserved