Gəncədə 5 yaşlı qızın ölümünün ilkin səbəbi açıqlanıb.
Paraqraf.com xəbər verir ki, bu barədə Gəncə Şəhər Birləşmiş Xəstəxanasından bildirilib ki, yanvarın 27-si saat 21:50 radələrində 2021-ci il təvəllüdlü şəxs (qadın) ağır vəziyyətdə tibb müəssisəsinin nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.
Qeyd olunub ki, yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş kəskin infeksiyası, qıcolma və spazm diaqnozu təyin edilən, epilepsiya xəstəsi olan pasiyentin aparılan bütün reanimasiya tədbirlərinə baxmayaraq saat 22:40 radələrində ölüm faktı qeydə alınıb.
Paraqraf.com
![]()
Visited 7 times, 1 visit(s) today
