Suriyanın keçmiş prezidenti Bəşər Əsədin ekstradisiyası Rusiya Prezidenti Vladimir Putinin suriyalı həmkarı Əhməd Əş-Şaraa ilə danışıqlarında qaldırılmayıb.
Paraqraf.com Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə ölkə prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
O, görüşdə əsas diqqətin ikitərəfli ticari-iqtisadi münasibətlərə və onların inkişafına yönəldiyini deyib: “Potensial kifayət qədər genişdir və maraq qarşılıqlıdır”.
“Rusiya hərbi bazalarına gəlincə, bu mövzu danışıqların gündəliyində olub”, – deyə Peskov təfərrüatları açıqlamaqdan imtina edib.
Paraqraf.com
![]()
Visited 4 times, 1 visit(s) today
