Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İQTİSADİYYAT/Azərbaycanda indiyədək 400 mindən çox dövlət aktı əsasında hüquqi sənəd təqdim olunub
İQTİSADİYYAT

Azərbaycanda indiyədək 400 mindən çox dövlət aktı əsasında hüquqi sənəd təqdim olunub

29 Yanvar 2026 1 Min Read
PAYLAŞIN:

Azərbaycanda indiyədək torpaq və daşınmaz əmlak üzrə yüz minlərlə vətəndaşın mülkiyyət hüquqları rəsmiləşdirilib, minlərlə obyekt dövlət reyestrində qeydiyyata alınıb.

Paraqraf.com xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin sədri Nigar Alimova 2025-ci il ərzində görülmüş işlər və qarşıda duran hədəflərə dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 60 920 ədəd daşınmaz əmlak üzrə dövlət vəsaiti hesabına elektron çıxarış təqdim edilib, həmçinin 413 423 dövlət aktı əsasında hüquq təsdiq edən sənəd üzrə vətəndaşlara çıxarışlar verilib.

Sədr bildirib ki, 23 587 qeyri-yaşayış binası və obyekt üzrə mülkiyyət hüquqları tanınıb və dövlət reyestrində qeydiyyata alınıb, 4 602 obyekt üzrə isə hüquqlar dövlət hesabına elektron çıxarışla rəsmiləşdirilib.

N.Alimova qeyd edib ki, həyata keçirilən tədbirlər daşınmaz əmlakın qeydiyyatı prosesinin sadələşdirilməsinə, hüquqların operativ rəsmiləşdirilməsinə və vətəndaş məmnunluğunun artırılmasına xidmət edir.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Biləsuvar heyvan bazarı yenidən fəaliyyətə başlayıb

Next

Naxçıvanda indiyə qədər 4 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb

Copyright 2026— Praqraf.com. All rights reserved