Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Yanvar
  • 28
  • Universitetdən tələbələrin diplomu ilə bağlı AÇIQLAMA

Universitetdən tələbələrin diplomu ilə bağlı AÇIQLAMA

admin 28 Yanvar 2026 2 minutes read
fe8a105359880e036379576701146f0f
PAYLAŞIN:

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Dərbənd filialının 2024-2025-ci tədris ili üzrə məzunları diplomlarını ala bilmədiklərini bildirirlər.

Bu barədə Musavat.com-a müraciət edən məzunların sözlərinə görə, məsələ ilə bağlı onlara aydın cavab verilmir.

Məzunlar qeyd edirlər ki, dəfələrlə nazirliyə müraciət etsələr də, hər dəfə onları universitetə yönləndirirlər.

“Elm və Təhsil Nazirliyindən bildirirlər ki, məsələ ilə bağlı UNEC-ə müraciət edək. Universitetə yaxınlaşdıqda isə deyirlər ki, sənədlər hələ ötən ilin avqust ayından nazirliyə təqdim olunub və prosesə ETN baxır”, – deyə məzunlar şikayətlərində bildirirlər.

Onların sözlərinə görə, problemin həlli ilə bağlı aidiyyəti şəxslərlə görüşmək istəsələr də, qəbul edilmirlər.

Azərbaycan Dövlət İqtisad Universitetindən Musavat.com-a verilən açıqlamada bildirilib ki, Dərbənd filialının 2024-2025-ci il məzunlarına diplomların verilməsi ilə bağlı tələb olunan sənədlər Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə təqdim olunub.

Qeyd edək ki, analoji vəziyyət ötən ilin 2023–2024-cü tədris ili üzrə məzunlarının da başına gəlmişdi. Həmin məzunlar bütün dərs və imtahanlarda iştirak etmələrinə, yekun dövlət attestasiyasından müvəffəqiyyətlə keçmələrinə baxmayaraq, diplomlarını ala bilməmişdilər.

Şahanə Rəhimli

Loading

Visited 3 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Məktəblərimizdə PUA dərsləri: Niyə də olmasın? – AÇIQLAMA
Next: UNEC Dünya İqtisadi Forumunun “Qlobal Risklər Hesabatı 2026”nın rəsmi tərəfdaşı seçilib

OXŞAR MÖVZULAR

q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

admin 07 Mart 2026
_innews_77a1d754a7100cef40439508a_o

Ceyhun Məmmədov gənclərə müraciət etdi: “Prinsip və dəyərlərinizə hər zaman sadiq olun”

admin 07 Mart 2026
645168162_1254756293533355_1263298177874968740_n

Göyçə mahalının tarixini yaşadan yeni nəşr: Pəmbək kəndinə həsr olunmuş kitabın təqdimatı keçirildi

admin 07 Mart 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.