Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Yanvar
  • 28
  • Türkiyə İsraillə dostdur, yoxsa düşmən?

Türkiyə İsraillə dostdur, yoxsa düşmən?

admin 28 Yanvar 2026 6 minutes read
51449fa07ab9e9f0ec61431ac85e1c7d
PAYLAŞIN:

Son zamanlar Türkiyə ilə İsrail arasında hərbi qarşıdurma ehtimalları regional və qlobal siyasi müzakirə mövzularından birinə çevrilib. Rəsmi bəyanatlarda qarşılıqlı sərtlik, ittiham və təhdid tonu üstünlük təşkil etsə də, real proseslər bu ritorikanın arxasında tamam başqa məntiqin işlədiyini göstərir.

Analitiklər hesab edirlər ki, bu, adətən müşahidə olunduğu kimi, açıq konfrontasiya deyil, uzun illərdir sınaqdan çıxmış siyasi davranış modelidir: ictimai müstəvidə gərginlik yaradılır, pərdə arxasında isə maraqlar əsasında razılaşdırılmış əlaqələr qorunur. Türkiyə-İsrail münasibətlərinin mahiyyətindəki paradoks da məhz buradan qaynaqlanır. Tərəflər bir-birini sərt tənqid etsələr də, nə iqtisadi bağları, nə də təhlükəsizlik əməkdaşlığını qoparmaq niyyətindədirlər. Ankara üçün İsrail texnoloji imkanlara, enerji marşrutlarına və strateji bazarlara çıxış deməkdirsə, Təl-Əviv üçün Türkiyə Aralıq dənizi ilə Asiyanı birləşdirən mühüm tranzit və siyasi platformadır. Bu qarşılıqlı asılılıq şəraitində əsas açar anlayış müharibə deyil, koordinasiya və hesablanmış qarşılıqlı münasibətlərdir.

Picture background

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin üzvü Cavid Vəliyev Musavat.com-a açıqlamasında xatırladıb ki İsrailin Suriyada müəyyən hədəfləri və İranı vurması İsrail-Türkiyə hərbi qarşıdurma ehtimalını artırmışdı. Çünki İsrailin Suriyadakı vurduğu hədəflərin Türkiyənin hərbi baza qurmaq istədiyi yerlər olduğu deyilirdi.

C.Vəliyev qeyd edib ki, baş verənlər Türkiyə-İsrailin hərbi cəhətdən qarşı-qarşıya gəlmə ehtimalını artırırdı:

“Türkiyə regionda müttəfiqlərinin, İsrail isə Türkiyə ətrafında əməkdaşlıqlarının sayını artırmağa çalışır. Beləliklə, diplomatik cəhətdən olduqca gərgin vəziyyət hökm sürür. Lakin hərbi müstəvidə son hədd yaxınlaşıb, geridönüş çətin olacaq. Bir çox müttəfiq ölkə də bunun fərqində olduğu üçün Türkiyə və İsrailin qarşı-qarşıya gəlməsini istəmir. Hər iki ölkədən verilən açıqlamalardan aydın olur ki, onlar da bunda maraqlı deyillər. Ortaq müttəfiqlər də bunun tərəfdarı deyillər. Məlum olduğu kimi, bu məsələdə Donald Tramp çox böyük rol oynadı. Hətta İsrail hökumətinə xəbərdarlıq etdi. Azərbaycanın da bu məsələdə vacib rol oynadığını bilirik. Bu baxımdan, Türkiyə və İsrail arasında pozulan münasibətlər regionda onsuz da mənfi atmosfer yaradır, problemləri daha da dərinləşdirir. Gərginlik artarsa, çox daha geniş coğrafiyada mənfi nəticələr doğura bilər. Mənə elə gəlir ki, hər iki tərəf bunun fərqindədir. Gələcəkdə münasibətlərin daha da gərginləşməməsi üçün həm tərəflər, həm də müttəfiqlər əllərindən gələni etməyə çalışacaqlar”.

C.Vəliyevin fikrincə, mövcud siyasi vəziyyətdə Türkiyə ilə İsrail arasında müttəfiqlik mümkün deyil:

“Suriya Demokratik Qüvvələri (SDQ) məsələsində iki ölkə arasında çox ciddi problem yaranmışdı. İsrail onlara açıq şəkildə dəstək verirdi. Yanvarın 5-də Fransada Əhməd Şaara ilə İsrail Təhlükəsizlik Qüvvələri arasında əldə olunan razılaşmadan sonra İsrailin dəstəyi sadəcə açıqlama səviyyəsində qaldı. Halbuki İsrailin dəstəyini artıracağı ehtimal olunurdu. İsrailin son proseslərə daha az reaksiya verməyi ki, burada ABŞ-nin rolunun olduğunu düşünürəm, Türkiyə-İsrail münasibətlərinin narahatedici səviyyəyə gəlməməsinə səbəb oldu. Hər iki tərəf prosesi kontrollu şəkildə, bir-birinə daha çox zərər vermədən davam etdirməyə çalışır”.

Ekspert hesab edir ki, İran məsələsində Türkiyə və İsrail eyni mövqeyə sahib deyillər:

“İranın regiondan çıxarılmasından sonra Yaxın Şərqdə boşluq yaranıb, Türkiyə və İsrail isə bu boşluğu doldurmağa çalışır. Bu məsələdə Türkiyənin daha güclü mövqedə olduğunu deyə bilərik. Lakin Suriyanın cənubunda hələ də problemlər var, bu da Əhməd Şaara hökuməti ilə İsrail və Türkiyə arasında çox ciddi fikir ayrılıqları yaradır. Buna baxmayaraq, tərəflər bu mövzuda çox da qarşı-qarşıya gəlmirlər. Növbəti mərhələdə Suriyanın cənubunda istər Colan təpələri, istərsə də druz məsələsində tərəflərin tutacağı mövqe olduqca vacibdir. Münasibətləri, qəsdən qeyri-rəsmi və kölgə səviyyəsində saxlanması deyil, Qəzzada yaşanan hadisələr, iki ölkənin daxili siyasətinə təsiri, siyasi cəhətdən hakimiyyətlər arasındakı əlaqələr, İsrail hökumətinin türk hərbçilərinin Qəzzadakı varlığına qarşı çıxması gərginləşdirir. Buna baxmayaraq, ABŞ prezidenti Donald Tramp Türkiyənin Sülh Şurasına daxil olmasına etiraz etmədi, hətta buna nail də oldu”.

Nigar Həsənli

Loading

Visited 2 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Baş nazir qərar imzaladı
Next: Kanada baş nazirindən ŞOK ÇIXIŞ

OXŞAR MÖVZULAR

dugRqtKIFoXQ4nNTIBQhSH5bALz99hIEFkBoLOQm_1200

Bu günədək Azərbaycan vasitəsilə 65 ölkənin 1761 vətəndaşı İrandan təxliyə olunub

admin 07 Mart 2026
HD6YDHxR2l5XNn8RxObPeiIuWQcMReR0Gi6084lZ_1200

İran Prezidenti qonşu ölkələrdən hücumlara görə üzr istəyib

admin 07 Mart 2026
Ilham_Aliyev_in_2023

Azərbaycan Prezidenti Tokayevə İranın Naxçıvana hücumlarını qınamasına görə təşəkkür edib

admin 07 Mart 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.