Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/ELM VƏ TƏHSİL/Sumqayıt Dövlət Universiteti QS Avropa Reytinqi 2026-da ümumi balını 62% artırıb
ELM VƏ TƏHSİL

Sumqayıt Dövlət Universiteti QS Avropa Reytinqi 2026-da ümumi balını 62% artırıb

28 Yanvar 2026 1 Min Read
PAYLAŞIN:

Sumqayıt Dövlət Universiteti (SDU) QS Dünya Universitetləri Reytinqi: Avropa 2026 nəticələrinə əsasən 531–540-cı pillədə qərarlaşıb. Universitet ötən illə müqayisədə ümumi balını 62 faiz artıraraq 12,5-dən 20,3 bala yüksəldib.

Reytinq göstəricilərinə görə, SDU əvvəlki ildə Avropa universitetlərinin 29,6 faizini, cari ildə isə artıq 44 faizini geridə qoymağa nail olub. Bu nəticə universitetin beynəlxalq akademik mühitdə mövqeyinin əhəmiyyətli dərəcədə möhkəmləndiyini göstərir.

Qeyd edək ki, Avropanın 42 ölkəsində fəaliyyət göstərən 5000-dən çox ali təhsil müəssisəsi arasından yalnız 958 universitetin daxil olduğu bu nüfuzlu və yüksək rəqabətli reytinqdə SDU-nun təmsil olunması mühüm nailiyyət kimi qiymətləndirilir.

SDU “Müəllim–tələbə nisbəti” indikatoru üzrə Avropanın ən yaxşı 50 universiteti sırasında yer alıb. Eyni zamanda universitet “Akademik reputasiya” və “İşəgötürənlər arasında reputasiya” göstəriciləri üzrə ilk 301 universitet qrupunda qərarlaşıb.

Universitet QS Avropa reytinqinin regional siyahılarında da fərqlənib. Belə ki, SDU Qərbi Asiya regionu üzrə ilk 50 universitet sırasında yer alıb, Azərbaycan üzrə siyahıya daxil olan 15 ali təhsil müəssisəsi arasında 9-cu, ölkənin regional universitetləri arasında isə 1-ci yerdə qərarlaşıb.

Universitetin inkişaf dinamikasını əks etdirən əsas indikatorlar üzrə artım aşağıdakı kimidir:

  • Akademik reputasiya: 14,9-dan 27,5-ə yüksəlib;

  • İşəgötürənlər arasında reputasiya: 14-dən 32-yə çatdırılıb;

  • Məşğulluq göstəriciləri: 11,2-dən 29,2-yə yüksəlib;

  • Əcnəbi tələbələrin müxtəlifliyi: 4,4-dən 4,9-a artıb;

  • Hər müəllimə düşən məqalə sayı: 1,8-dən 2,2-yə yüksəlib;

  • Beynəlxalq tədqiqat şəbəkəsi göstəricisi: 1-dən 1,2-yə çatdırılıb.

Bu nəticələr Sumqayıt Dövlət Universitetinin beynəlxalq reytinqlərdə dayanıqlı inkişaf strategiyasının uğurla həyata keçirildiyini göstərir.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Sapı özümüzdə olan yaralar

Next

Tısbağanın ürəyi qədər dözümlü eşq

Copyright 2026— Praqraf.com. All rights reserved