Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Yanvar
  • 28
  • Sapı özümüzdə olan yaralar

Sapı özümüzdə olan yaralar

admin 28 Yanvar 2026 4 minutes read
622831610_2099591370828876_1463721973845710828_n (1)
PAYLAŞIN:

Kəpənək buludlar Hz. İsanı xatırladırdı.

Balaca ikən qonşuluqda iki qız dostum var idi. İki bacı, bir qardaş idilər. Onların evi ilə bizim ikiqat, daşdan olan evimizi bircə divar ayırırdı. Divarın onlar tərəfinə düşən hissəsindəki daşların arası doldurulmuş, suvanmışdı, bizim tərəf isə yarımçıq buraxılmışdı. O divarın evlərin arxa tərəfinə bitişik bir hissəsi də vardı. Azca hörülüb yarım buraxılmış həmin divarın üstündən hoppanıb qonşu-qonşu oynayırdıq.

Axşamçağı cansıxıcı olanda küçəyə çıxmağa ehtiyac qalmazdı. Qadınlar o yolla bir-birinin evinə gedər, yumaq iplərdən nəsə toxuyar, söhbətləşər, biz isə evcik-evcik oynayardıq. Ev içində ev qura-qura evə sığmamaq da ayrı bir hekayə idi.

Bir axşam o divardan atlananda dizlərimin üstünə yıxıldım. Şalvarımın dizləri qan içində idi, iki dizim də parçalanmışdı. Ağrı çəkirdim. “Evə dönək, getməyək, qayıdaq” desələr də, “heç nəyim yoxdur” deyib getmişdim. Dizimin əzilən yerinə hamının dadına çatan o qırmızı rəngli Bayram kremini yaraya nə qədər çəkmək istəsələr də, qəti qoymamışdım.

O gecə oynamadım, oturmadım, qaçmadım. Qürurumdan ağlaya da bilmədim. Sonralar yaralarım da tez sağalmadı. Sağalma dövrü uzun, çox uzun çəkmişdi. Yaxşı yadımdadır.

Bilirsinizmi? Hər uşağın dizləri o qanı, qanın istisini və rəngini hardan desən yaxşı tanıyır. Hələ hündürdən hoppanmaqdan deşilən corabların ucunu neçə dəfə tikib, söküb, yenidən tikərdilər. Özü də dəfələrlə.

Qürurlu idi o corablar, hələm-hələm dövrün aclığına asan yenilməzdi. Gözləmədiyimiz anda ucu cırılsa, barmağımızın arasında gizlədər, “əsas odur boynu təptəzədir” deyərdik. Bəlkə də özümüzü yenidən bərpa etməyi, toparlanmağı elə həmin corablardan öyrəndik.

Biz böyüdük. Dizlərimizdəki yaralar toplanıb ürəyimizə qədər gəlib çıxdı. Ona da şükür, yaralardan da əskiyimiz olmadı, payımıza düşəni aldıq. Corablarımızı da tikdik, dizlərimizin yarasını da. Amma qəlb yaralarımıza uyğun rəngdə bir sap tapmadıq. Eləcə dedilər: “Sapı özümüzdədir.” Hələ də o sapı özümüzdə axtarırıq, amma tapa bilmirik.
(Bağışlayın, əlavə sapınız olmaz?)

O vaxt balaca olanda hər şeyə marağı olan biri idim. Güman edirəm ki, bu mənim üçün cəza deyildi. Bəlkə də bacarıq idi, bilmirəm. Həmin qızlarla birlikdə alanəm çəmənliyin üzərinə kürəyi üstə uzanıb göydəki buludları müxtəlif şeylərə bənzədirdik. Bir dəfə qızlardan biri “ora bax, o bulud kəpənəkdir, qanadlarını açıb, görürsünüz?” deyəndə, bacısı təsdiqləmişdi, mən isə bənzədə bilməmişdim.

“Korsan? Görmürsən?” deyib gülmüşdülər mənə. Bu da dava üçün bir bəhanə idi ki, onları bizim bağçadan qovmuşdum. (Onlara nəzakətli davranmağı öyrətməyə çalışmışdım.) İki gün sonraya kimi özləri də gəlmədilər.

Amma onda deyə bilməmişdim ki, kəpənəklər mənə çarmıxa çəkilmiş Hz. İsanı xatırladır.
Mən onlar kimi deyə bilməmişdim ki: “Ora baxın, korsuz? O, adamdır — qollarını göyə açıb, ovuclarından taxtaya mismarlanıb”.

Deyə bilərsiniz: “Sən o yaşda İsanı hardan bilirdin?” Nənəm həmişə mənə İsadan danışardı. Çox kiçik idim deyə yaddaşımda kəpənəklər qalıb.

Uzun zaman keçdi, hər şey beləcə davam etdi. Susmamağı, dilə gətirməyi, içinə atmağı xasiyyətə çevirdim. Sözlər ürəyimdə toplandıqca, qan topaları kimi dilimdən çıxdı. Başladım bir-bir içimdəki pislikləri də, gözəlliklərlə birlikdə çölə tökməyə.

Hər şey bir yana, mən o buludu Hz. İsaya çox oxşadırdım.

Banu Muharrem

Loading

Visited 21 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Ramazan ayı nə vaxt başlayır? – TƏQVİM
Next: Sumqayıt Dövlət Universiteti QS Avropa Reytinqi 2026-da ümumi balını 62% artırıb

OXŞAR MÖVZULAR

Ky6GtZD1sN3qdmNZQ2OR9bPK3P0WCopYrrodFE0h_1200

İlham Əliyev Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib

admin 06 Mart 2026
WhatsApp Image 2026-03-06 at 00.30.47

Ceyhun Məmmədov: “Naxçıvanın vurulması İranın acizliyinin və qorxaqlığının açıq göstəricisidir”

admin 06 Mart 2026
647698508_870797589282233_8193893080813526771_n

Naxçıvana uzanan əl: Azərbaycanın səbrini sınayan təhlükəli təxribat

admin 06 Mart 2026

XƏBƏR LENTİ

Qazaxıstan XİN ölkə vətəndaşlarını 14 ölkəyə səfərlərdən müvəqqəti çəkinməyə çağırıb w36KBu6aCslsTr3TNb21QiaNiABuLnEdqYX0X6od_1200

Qazaxıstan XİN ölkə vətəndaşlarını 14 ölkəyə səfərlərdən müvəqqəti çəkinməyə çağırıb

06 Mart 2026
Fridrix Merts: Almaniya İranda Suriya ssenarisinin təkrarlanmasını istəmir bAAlXaaOtOrUGpIblzOJoeoZTvy5vm1JSrUuKm1k_1200 (1)

Fridrix Merts: Almaniya İranda Suriya ssenarisinin təkrarlanmasını istəmir

06 Mart 2026
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XVI tur başa çatıb 0eddcb6a-00ec-372d-b257-ac56d00a619e_1200

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XVI tur başa çatıb

06 Mart 2026
Pakistan vətəndaşlarının İrandan təxliyəsindəki köməyə görə Azərbaycana təşəkkür edib qasim-mohiuddin-azerbaycan-ve-pakistan-arasindaki-ticaret-seviyyesi-potensialdan-ashagidir

Pakistan vətəndaşlarının İrandan təxliyəsindəki köməyə görə Azərbaycana təşəkkür edib

06 Mart 2026
İlham Əliyev ilə Aleksandar Vuçiç arasında telefon danışığı olub FC0BNkzpA8ux63aVJcTraWqGN3miXtJLwqKwaY0B_1200 (1)

İlham Əliyev ilə Aleksandar Vuçiç arasında telefon danışığı olub

06 Mart 2026
Tramp Kubanın tezliklə çökəcəyini bəyan edib 7XG5IZLS556XghjZMgenKo6m2xqrEDvZ3WJ5IYpv_1200

Tramp Kubanın tezliklə çökəcəyini bəyan edib

06 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.