Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Məktəblərimizdə PUA dərsləri: Niyə də olmasın? – AÇIQLAMA
MANŞETSİYASƏT

Məktəblərimizdə PUA dərsləri: Niyə də olmasın? – AÇIQLAMA

28 Yanvar 2026 2 Min Read
PAYLAŞIN:

Rusiyada bütün məktəblilər üçün pilotsuz uçuş aparatlarının (PUA) yığılması və idarə olunması bacarıqları məktəb proqramına daxil edilir.

Paraqraf.com xəbər verir ki, bu bacarıqlar “Vətənin təhlükəsizliyinin əsasları və müdafiəsi” fənni çərçivəsində tədris olunacaq.

Rəsmi sənədlərə əsasən, məktəb kabinetləri üçün təsdiqlənmiş avadanlıq siyahısına yalnız hərbi ləvazimatlar və silah maketləri deyil, eyni zamanda, dronların hazırlanması və pilotajı üçün xüsusi komplektlər də daxildir. Bu isə tədrisin sırf nəzəri yox, praktik xarakter daşıyacağını göstərir.

İKT-nin hərbdə ağıllı tətbiqi - Vətən müharibəsi təcrübəsi... -  Baki-Xeber.com

PUA-larla bağlı ayrıca bölmədə dron-konstruktorlar, trenajorlar və proqram-texniki komplekslərin istifadəsi nəzərdə tutulur. Məqsəd şagirdlərə erkən yaşlardan pilotsuz sistemlərin qurulması və idarə olunması üzrə ilkin vərdişlər qazandırmaqdır. Beləcə, Rusiyada gələcək hərbi texnologiyalara yiyələnmiş kadrların hazırlanmasına artıq məktəb partasından başlanıldığı açıq şəkildə görünür.

Azərbaycanda da analoji dərslər keçirilə bilərmi? Əsasən qeyri-dost ölkələrlə (Ermənistan, Rusiya, İran) əhatə olunduğumuzu nəzərə alsaq, niyə də olmasın?

Hərbi ekspert Səxavət Məmməd Musavat.com-a bildirib ki, dronlardan ilk dəfə geniş istifadə 44 günlük müharibə olub: “O zaman bəzi rus generallar və siyasətçiləri buna dırnaqarası baxırdılar. Çünki onlar hələ də raketlərə, döyüş təyyarəsinə güvənirdilər. Rusiya Ukraynada hərbi əməliyyatlara start verəndən sonra Ukrayna tərəfi dronlar vasitəsilə rus ordusuna ağır zərbələr endirməyə başladı. Müharibənin başlamasından təxminən bir il sonra Rusiya prezidenti Vladimir Putin bəyan etdi ki, Rusiya yaxın zamanda 1 milyon dron mütəxəssisi yetişdirəcək. Hesab edirəm ki, Rusiyada “Vətənin təhlükəsizliyinin əsasları və müdafiəsi” fənni çərçivəsində dron dərslərinin keçirilməsi nəinki qarşıya qoyulan 1 milyon mütəxəssisə, daha çoxuna hesablanıb”.

Azərbaycanın “İti qovan” PUA-sı beynəlxalq festivalda - FOTO

Ekspertin sözlərinə görə, Azərbaycanda “Gənclərin çağırışaqədərki hazırlığı” adlı fənn tədris olunur: “Bu fənndə şagirdlər Azərbaycan Silahlı Qüvvələrinin tarixi, hərbi xidmət haqqında qanunvericilik, hərbi texnika və sursatlar haqqında zəruri məlumatlar əldə edirlər. Bundan əlavə şagirdlərə ilkin hərbi vərdişlər, o cümlədən silahla davranış, sıra hazırlığı və tibbi-sanitariya bilikləri öyrədilir. Hərbi kabinetlərdə müvafiq maddi-texniki baza (silah maketləri, təlim vasitələri) tətbiq olunur. Hesab edirəm ki, sözügedən fənnin tədrisi hazırkı tələblərə cavab vermir. Çünki sıra hazırlığı heç kimə lazım deyil. Onsuzda çağırışçı hərbi xidmətə yollananda ən azı karantin dövründə sırf bununla məşğul olur. Nəzəri bilikləri bir neçə dərsə də şagirdlərə başa salmaq mümkündür. Hesab edirəm ki, Azərbaycan da dövrün tələblərinə uyğun olaraq dron mütəxəssisi yetişdirməlidir. Ən əsası isə orta məktəblərdən başlayaraq dron operatorluğunu öyrənməlidir. Bunun üçün universitetlərdən başlayıb, kadrlar yetişdirib, məktəblərə yönləndirmək lazımdır”.

Cavanşir Abbaslı

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycanın 15 universiteti dünya reytinqində

Next

Universitetdən tələbələrin diplomu ilə bağlı AÇIQLAMA

Copyright 2026— Praqraf.com. All rights reserved