Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Yanvar
  • 28
  • Məktəblərlə bağlı daha bir YENİLİK

Məktəblərlə bağlı daha bir YENİLİK

admin 28 Yanvar 2026 3 minutes read
1f2cea294b96fb13329b68b1276be415
PAYLAŞIN:

Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyasında 2026-2030-cu illər ərzində mədəniyyətin təhsilin tərkib hissəsinə çevrilməsi, o cümlədən mədəniyyət sahələrinə və Azərbaycanın mədəni dəyərlərinə dair fənn və biliklərin tədrisinin təmin edilməsi nəzərdə tutulur.

Bəs yeni fənlə bağlı daha nələri bilməliyik? Hansı zərurətdən yaranıb? Hansı ixtisası bitirən müəllimlər onu tədris edəcək?

Dosent İlham Əhmədov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb:

“Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası yalnız mədəni inkişaf sənədi deyil, milli kimlik, təhsil və uzunmüddətli inkişaf üçün strateji yol xəritəsidir. Sənədin əsas məqsədi mədəniyyəti təkcə estetik sahə kimi deyil, insan kapitalının formalaşmasında, milli identikliyin möhkəmləndirilməsində və dayanıqlı inkişafda əsas amil kimi təqdim etməkdir: “Konsepsiya mədəniyyətin təhsil, elm, texnologiya və yaradıcı iqtisadiyyatla inteqrasiyasını nəzərdə tutur. Xüsusilə 2026–2030-cu illərdə mədəniyyətin təhsilin tərkib hissəsinə çevrilməsi prioritet kimi müəyyən edilib. Bu mərhələdə Azərbaycan mədəni irsi, tarixi-mədəni dəyərlər, ədəbiyyat, musiqi, folklor və incəsənət üzrə fənn və modul proqramlarının formal və qeyri-formal təhsilə sistemli şəkildə daxil edilməsi planlaşdırılır. Tədris yalnız məlumatverici deyil, dəyəryönlü və tənqidi düşüncəni inkişaf etdirən məzmunda olacaq.

Sənəddə mədəniyyətin sosial həmrəylik, vətəndaş şüuru, estetik zövq və mənəvi dəyərlərin formalaşmasında rolu vurğulanır. Rəqəmsal dövrün tələblərinə uyğun olaraq mədəniyyətə dair biliklərin interaktiv və rəqəmsal platformalar vasitəsilə tədrisi də nəzərdə tutulur.

Konsepsiyada mədəniyyət üzrə kadr potensialının inkişafı xüsusi yer tutur. Müəllimlərin və mütəxəssislərin hazırlanması, ixtisasartırma mexanizmlərinin gücləndirilməsi vacib şərt kimi göstərilir. Gözlənilən nəticə mədəni cəhətdən savadlı, milli kimliyinə bağlı və qlobal dünyaya açıq insan kapitalının formalaşmasıdır.

Dosent vurğulayır ki, Konsepsiyanın qəbulu ilk addımdır: “Əsas məsələ onun peşəkar şəkildə icrası, elmi-metodik təminatın yaradılması, kadr hazırlığı, şəffaflıq və ictimai nəzarətin təmin edilməsidir. Yeni mədəniyyətyönlü fənn kurikulumlarının hazırlanması və müəllimlərin xüsusi hazırlığı zəruridir. Bu sənədə həm də gələcəkdə Elm və Təhsil Nazirliyi ilə Mədəniyyət Nazirliyi arasında mümkün inteqrasiyaya hazırlıq platforması kimi baxmaq olar”.

Afaq Mirayiq

Loading

Visited 7 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: UNEC Dünya İqtisadi Forumunun “Qlobal Risklər Hesabatı 2026”nın rəsmi tərəfdaşı seçilib
Next: Baş nazir qərar imzaladı

OXŞAR MÖVZULAR

WhatsApp Image 2026-03-05 at 23.25.50

Müəllimlik bitərsə, kainat bir heç olar.

admin 06 Mart 2026
KoatlgIQPOUwnsSbjHkzTAVYS639K8cRHitirXIS_1200

Universitet və kolleclərə sənəd qəbulunun vaxtı uzadılıb

admin 05 Mart 2026
cBZDMTXUFVtnbyhDXf4WRJzwTFY2B9ubqdkiXMX5_1200

Emin Əmrullayev məktəb direktorlarına tədrisin keyfiyyətinin yüksəldilməsini tövsiyə edib

admin 04 Mart 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.