Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Yanvar
  • 28
  • Fransada Moskva savaşı

Fransada Moskva savaşı

admin 28 Yanvar 2026 5 minutes read
e93d96b7891a2d71ca1ff53021068193
PAYLAŞIN:

Fransada ifrat sağçı “Milli Birlik” (Rassemblement National) partiyası 2027-ci il prezident seçkiləri ərəfəsində sorğularda lider mövqedə olsa da, partiya daxilində ciddi fikir ayrılığı yaşanır. Əsas mübahisə mövzusu isə Rusiyaya münasibətdir.

Paraqraf.com xəbər verir ki, bununla bağlı “Politico” saytında maraqlı analitik yazı dərc olunub.

Yazıda qeyd olunur ki, Fransada Kremlin ən açıq tərəfdarlarından biri kimi tanınan “Milli Birlik” 2022-ci ildə Rusiyanın Ukraynaya genişmiqyaslı hücumundan sonra mövqeyini yumşaltmağa məcbur olub. Partiya rəhbərliyi artıq açıq şəkildə Vladimir Putinin müharibəsini tənqid edir. Lakin köhnə baxışlar tam aradan qalxmayıb.

Hazırda partiya daxilində iki əsas xətt formalaşıb: biri Rusiyanı təhlükə kimi görən və Ukraynaya daha yaxın mövqe tutan yeni nəsil, digəri isə hələ də Kremlin tezislərinə yaxın olan köhnə qanaddır.

“Politico”nun partiya rəhbərliyinə yaxın altı üzvlə apardığı söhbətlər göstərir ki, əsas fiqurlardan biri 30 yaşlı Jordan Bardelladır. Hazırda prezidentliyə əsas namizəd kimi göstərilən Bardella Rusiyanı Fransa və Avropa üçün təhlükə hesab edir.

Buna qarşılıq, partiyanın lideri Marin Le Pen daha çox “qollist” ənənəyə bağlıdır. O, vaxtilə ABŞ-a qarşı məsafəli siyasəti və SSRİ ilə əməkdaşlığı təşviq edən Şarl de Qoll xəttinə yaxın mövqedə dayanır. Le Pen həmçinin Fransanın NATO-nun inteqrasiya olunmuş komandanlığından çıxmasını dəfələrlə dəstəkləyib.

Fransa Müdafiə Nazirliyində çalışan bir rəsmi “Politico”ya bildirib ki, partiya faktiki olaraq üç hissəyə bölünüb:

– Thierry Mariani ətrafında formalaşan açıq pro-Rusiya qanadı,

– Pierre-Romain Tionnet və Bardella ətrafında toplaşan Qərbyönlü xətti,

– mövqeyi zəif, lakin siyasi səbəblərlə susan geniş bir qrup.

Ekspertlər hesab edirlər ki, partiyanın Rusiyaya münasibətdə dəyişən ritorikası daha çox taktiki xarakter daşıyır. Danimarka Kral Müdafiə Kollecinin tədqiqat rəhbəri Olivye Şmitt bildirir ki, fransız cəmiyyətinin əksəriyyəti Ukraynanı dəstəklədiyi üçün “Milli Birlik” də tonunu dəyişməyə məcbur olub. Lakin bu dəyişikliklərin uzunmüddətli olub-olmayacağı sual altındadır.

Bardella özü BBC-yə müsahibəsində Rusiyanın təcavüzünü “birmənalı şəkildə pislədiyini” desə də, partiya Avropa Parlamentində Ukrayna ilə bağlı bir sıra qətnamələrdə bitərəf qalıb. Parisdə də partiya deputatları Kiyevə dəstək məsələsində səsvermədən yayınmayıblar.

Partiyanın ən açıq Kremlin tərəfdarı kimi tanınan fiquru Tyerri Marianidir. O, Krımın ilhaqından sonra yarımadaya səfər edib, müharibədə həm Ukraynanı, həm də Rusiyanı günahlandırıb. Mariani bu gün də Rusiya mediasında çıxış edir və Makronu, Zelenskini münaqişəni uzatmaqda maraqlı olmaqda ittiham edir.

Buna baxmayaraq, Bardellaya yaxın dairələr Marianinin mövqeyinin partiyanın ümumi xəttini əks etdirmədiyini bildirirlər. Lakin fakt budur ki, köhnə kadrlar hələ də ciddi təsir imkanlarını saxlayırlar.

“Mili Birlik”in NATO ilə bağlı mövqeyi də sabit deyil. Partiya rəsmi olaraq alyansın inteqrasiya olunmuş strukturlarından çıxmağı hələ də gündəmdə saxlayır. Bununla yanaşı, Bardellaya yaxın fiqurlar Fransa hakimiyyətə gəlsə, bu prosesin “kəskin və xaotik” olmayacağını bildirirlər.

Pierre-Romain Thionnet deyir ki, Fransa NATO-dan çıxsa belə, müttəfiqlərlə bağlı öhdəliklər, o cümlədən Estoniya və Rumıniyadakı hərbi iştirak qorunacaq.

Maraqlıdır ki, Marin Le Pen son çıxışlarının birində Rusiyadan demək olar ki, danışmayıb. Əsas tənqid hədəfi Avropa Komissiyası olub. Fransa Müdafiə Nazirliyinin başqa bir rəsmisi bunu belə şərh edib: “Le Pen üçün əsas rəqib Moskva yox, Brüsseldir”.

Bu yanaşma göstərir ki, partiyanın xarici siyasətində əsas problem təkcə Rusiya deyil, Avropa inteqrasiyasına münasibətdir.

Müşahidəçilərin fikrincə, partiyanın gələcək xətti birbaşa namizədin kimliyindən asılı olacaq. Əgər Jordan Bardella seçkilərə gedərsə, Fransa daha sərt anti-Rusiya mövqeyi göstərə bilər. Marin Le Pen namizəd olarsa, Parisin Moskva ilə münasibətlərində yumşalma ehtimalı arta bilər.

Bu isə NATO daxilində balansı ciddi şəkildə dəyişə və Avropanın təhlükəsizlik arxitekturasına təsir göstərə bilər.

Hazırkı mənzərə onu göstərir ki, Fransanın ən güclü siyasi qüvvələrindən biri daxilində Rusiya məsələsi artıq sadə mövqe fərqi deyil, strateji istiqamət uğrunda mübarizəyə çevrilib.

Loading

Visited 5 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Azərbaycanda 2 nəfər hoteldə öldü
Next: Ermənistan onu Türkiyəyə təhvil verdi

OXŞAR MÖVZULAR

dugRqtKIFoXQ4nNTIBQhSH5bALz99hIEFkBoLOQm_1200

Bu günədək Azərbaycan vasitəsilə 65 ölkənin 1761 vətəndaşı İrandan təxliyə olunub

admin 07 Mart 2026
HD6YDHxR2l5XNn8RxObPeiIuWQcMReR0Gi6084lZ_1200

İran Prezidenti qonşu ölkələrdən hücumlara görə üzr istəyib

admin 07 Mart 2026
Ilham_Aliyev_in_2023

Azərbaycan Prezidenti Tokayevə İranın Naxçıvana hücumlarını qınamasına görə təşəkkür edib

admin 07 Mart 2026

XƏBƏR LENTİ

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
Ötən gün Azərbaycanda narkotiklə bağlı 31 fakt müəyyən edilib df9cihAyFKO79jIq6ujcoT9exrI5aee85mkdloWh_1200

Ötən gün Azərbaycanda narkotiklə bağlı 31 fakt müəyyən edilib

07 Mart 2026
Ceyhun Məmmədov gənclərə müraciət etdi: “Prinsip və dəyərlərinizə hər zaman sadiq olun” _innews_77a1d754a7100cef40439508a_o

Ceyhun Məmmədov gənclərə müraciət etdi: “Prinsip və dəyərlərinizə hər zaman sadiq olun”

07 Mart 2026
Bu günədək Azərbaycan vasitəsilə 65 ölkənin 1761 vətəndaşı İrandan təxliyə olunub dugRqtKIFoXQ4nNTIBQhSH5bALz99hIEFkBoLOQm_1200

Bu günədək Azərbaycan vasitəsilə 65 ölkənin 1761 vətəndaşı İrandan təxliyə olunub

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.