Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Yanvar
  • 28
  • Cənab Tramp, soruşmaq olarmı?..

Cənab Tramp, soruşmaq olarmı?..

admin 28 Yanvar 2026 11 minutes read
5twucVSIeMTrbY8EFELxOeClPas8sBsrbyYQHSsP_825
PAYLAŞIN:

Günü açıqlanmasa da fevralda ABŞ-ın vitse-prezidenti Ceyms Vensin Bakıya və İrəvana səfər edəcəyi bildirilir. Səfər həm Vaşinqton, Bakı və İrəvan arasındakı mövcud mülayimliyə işarədir və həm də bundan sonra bu mühasibətlərin daha da mülayimləşəcəyinə ümiddir.

Hələlik “pərt” olan qonşumuz Gürcüstandır, onlar Vaşinqtonun diqqətindən deyəsən, kənarda qalacaqlar, hərçənd, biz bunu qəti istəməzdik, çünki daim bu bölgəni ən azı bir geosiyasi ansambl – triplet kimi təsəvvür etməyə çalışmışıq.

Artıq məsələylə bağlı gürcü Baş naziri İrakli Kobaxidze də məyusluğunu ifadə edibdir. Amma Tiflis elə bu günlərdə Bakınının diqqətini digər bir detalla da çəkdi. Eks-prezident Saakaşvili Zəngəzur dəhlizinin açılmasının ölkəsi üçün az qala, fatalist nəticələrə gətirib çıxaracağını dedi.

Gürcülər əvvəllər də belə narahatlıq izhar etmişdilər. Məsələ bundadır ki, nə qədər Bakı ilə İrəvan arasında müharibə vardı Tiflis regionun tranzit inhisarçısına çevrilmişdi. Qarabaq münaqişəsi bitəndən, Bakı ilə İrəvan arasında nəhayət ki, ilk normallaşma əlamətləri müşahidə olunandan sonra gürcülər naraht olmağa başaldılar ki, ölkələrinin önəmi azalacaq və hətta bunun müəyyən iqtisadi nəticələri də olacaq! Amma hələ o vaxt da yazmışdıq ki, prosesin Gürcüstan üçün də elə pozitiv nəticələri olacaq ki, bəlkə onu ədədlərlə ifadə etmək olmayacaq, söhbət hamımıza böyük siyasi-iqtisadi dividendlər vəd edən azad, stabil Cənubi Qafqazdan gedir.

Əlbəttə, Gürcüstanın ərazi bütünlüyülə də bağlı ciddi problemləri var və bu ölkənin də özünü azad və firavan hiss etməsi üçün başqa proseslər də baş verməlidir.

Doğrusu, bununçün ABŞ-ın da yenidən bu kiçik ölkəyə tərəf də dönəcəyinə ümid edirdik və fikirləşirik ki, Vens cənabları nə, olur-olsun, bu kiçik ölkəni də diqqətdən kənarda qoymamalıdır…

Sözsüz ki, çox şey bilavasitə prezident Donald Trampın məhz özündən asılıdır və adam əgər yaratdığı təşkilatla az qala, dünyadakı bütün münaqişələri çözəcəyini iddia edirsə, Tiflıs necə kənarda qala bilər ki?..

Belədəsə, Trampın növbəti təşəbbüsü ətrafında hay-küy qalmaqdadır. Hamı bunu bildiyi kimi dəyərləndirməyə çalışır.

Biri bunu hələ də BMT-yə alternativ sayır, digəri onun gələcəkdə bütün konfliktlərə son qoyacağını deyir, üçüncüsü isə onu təkqütblü Dünyanın institisional tərtibatı – dizaynı hesab edir! Hətta “Kantın “Dünya dövləti” qurulur!” söyləyənlər də var…

Amma daha çox növbəti geosiyasi şou təsiri bağışlayır bu. Odur, yeni təşəbbüsə bu aspektdən yanaşmağı məsləhət bilərdik və hətta Trampın bioqrafiyasından bir detalı diqqətdən qaçırmamağı tövsiyyə edərdik: adam özünü şoumen kimi də sınayıbdır (uğursuz olmayıb!) və siyasətçi kimi də hay-küylü, siyasi şouları sevir.

Təşəbbüsə hələ 19-20 dövlət dəstək veribdir və onların da arasında ən “böyüyü” Macarıstandır; böyük Avropa dövlətləri, hətta ABŞ-ın ənənəvi müttəfiqi sayılan Böyük Britaniya kənardadır!

Bu detal istər-istəməz yadımıza onun birinci idarəçiliyi dövründə Yerusəlimlə bağlı qərarını salır. Onda da bir-iki dövlətdən savayı kimsə dəstək olmadı, çünki bu məsələ də çox incə problemdir və tək İsrail – Fələstin problemi deyil, hərçənd, siyasi təhlilçi kimi Qüdsü İsrailə güzəşt etməyin tərəfdarıyıq: əlbəttə, onu Fələstin dövlətinin qurulmasına razı salmaqçün, çünki bir əsrdir davam edən münaqişədəki bəzi reallıqlarla hesablaşmaq zorundayıq…

Ərəblərin az qala, 20 dövləti var və Fələstin dövləti də qurulsa, bununla fələstinli ərəblər xoşbəxt olmayacaqlar; yox, orada da gec-tez bir çalmalı başa çıxacaq! Baxın, Mahmud Abbas neçə ildir Fələstin Muxtariyyatına rəhbərlik edir? Məncə, orada heç bir seçki-filan keçirilmir. Amma bir əsr əvvəl Fələstin dövləti haqda qərar verilib və insanlara bunu unutdurmaq asan olmayacaq.

Gələk Trampın yeni təşəbbüsünə. Yalançı olmaq istəmirəm, yaddaşım aldtamırsa, ötən əsrdə də bir Dünya Sülh Təşkilatı vardı və yenə düz xatırlayıramsa, onun çox maraqlı adı olan bir rəhbəri də vardı: Romeş Çandra! O vaxt Brejnevdən çox sülhdən danışan yox idi və buna görə ona həmin Sülh Təşkilatı ali mükafatını verdi deyəsən! Bəs axırda nə oldu? Sovet İttifaqı Əfqanıstana girdi…

Odur, Trampdan da soruşmaq istərdik: cənab prezident, hansı sülhdən danışırsınız? İndi hamı baş sındırmırmı ki, görən, Tramp buzlu Qrenlandiyada nə görüb axı? Hamı fikirləşir ki, böyük sülhpərvər niyə görə Pentaqonun adını dəyişib “Müharibə nazirliyi” qoydu? Bir kimsə anlaya bilmir ki, adam niyə Çini düşmən elan edib? Düzdür, Çin hələ siyasi cəhətdən azad ölkə deyil, amma Pekinin bundan başqa hansı ciddi suçu var? Çinlilərin günahıdırmı ki, iqtisadi baxımdan hətta amerikallılardan fərasətli çıxıblar? Daha yaxşı olmazdımı ki, Tramp keçmiş biznes adamı kimi bunun da səbəbləri haqda düşünsün? Əlbəttə, iştah yemək vaxtı gəlir və mümkündür Çin də nə vaxtsa, ciddi geosiyasi iddialara düşəcək, amma hələ belə şey yoxdur.

Tramp BMT-nin effektiv olmamasından danışır. Haqlıdır! Amma on illərdir ki, dünyanın nəhəng politoloqaları, hətta siyasətçiləri bundan gileylənmirmi, bu böyük təşkilatı soyuq müharibənin mirasından azad etməyə çağırmırlarmı? İnanın, o yazıların hamısını vaxtında oxumuşuq!
Tramp deyir ki, bəs Qəzzadakı müharibə zamanı BMT təsirli ola bilmədi. Düz deyir. Amma səbəbi, bəli, bunun səbəbi nədir? Təssəvvür edin, həmin ABŞ özü son bir-iki ildə İsrailə dəstək olmaq üçün az qala, 30 dəfə veto hüququndan istifadə edib! BMT neyləsin? BMT-nin Baş katibini Təl-Əviv “persona non-qrata” elan edibdir!..

BMT-ni iflic edən elə zəhrimara qalmış veto məsələsi deyilmi? Azərbaycan olaraq da bunun acılarını yaşamırdıqmı? Rusiya və Fransa veto hüququndan istifadə edib Qarabağla bağlı qərarları bloklamırdımı?

BMT qüsurlu təşkilatdır, amma onu məhv etməkdənsə, bəlkə daha mükəmməl etməyin yollarını aramaq daha düzgün olardı? Axı bunun üçün konkret siyasi “reseptlər” də var!..

Bizim “mistik-kabbalist” Trampımız niyə Məsihin məşhur kəlamını xatırlamır: “Dağıtmağa gəlməmişəm!”. İnsanlar çox şeylər etməyə çalışıblar Dünya üçün! Bunları məhv etmək yox, əksinə təkmilləşrdimək lazımdır. Amma hər həftə eşidirsən ki, ABŞ filan beynəlxalq təşkilatdan, sazişdən çıxdı…

Tramp Qarabağ probleminin həllini də öz adına çıxmaq istəyir, amma gözünün içinədək yalan deyir! Adam Zəngəzur layihəsinə dəstək verir və əlbət, böyük işdir bu! Oxucu soruşaqcaq ki, bəs onda Trampı niyə sevmirsən? Cavabım: Onun siyasəti daha çox istisnalar üzərində qurulur, Dünyanı bütöv-sistem kimi qəbul etmir, onu daim differensiallaşdırmağa – xırdalamağa çalışır, onunçün demokratiya və insan haqları kimi dəyərlərin önəmi yoxdur, adam “siyasi tacir”dir. Odur, demokratların ümidi Qoca Dünyaya-Avropaya qalıbdır, qoca Qitə hələ də bu dəyərləri arxa plana keçirməyə tələsmir.

Bu günlərdə Avropa Parlamenti şahzadə Pəhləviyə hətta çıxış etmək imkanı da vermədi ki, qeyri-etik görünər, insanlar düşünər ki, Qoca Qitə İranda monraxiyanı bərpa etmək, monarxı hakimiyyətə gətirmək istəyir!

İnanın, kiçicik bir məsələni də araşdırmağa çalışmışam özümçün: Avropa və ya ABŞ niyə Saakaşvilinin azad olunmasını tələb etmir? Məlum olur ki, Avropa bunu dəfələrlə edib və indi də edir. ABŞ, daha çox da Tramp buna tələsmir. Bəlkə də ona görə ki, Saakaşvili Trampın “dostu” Putinin az qala, şəxsi düşmınidir! Avropa Ukrayna məsələsində, Putinə münasibətdə daha prinsipialdır – güman, oxucu özü də bunu sezir və fərqindədir…

ABŞ-dan fərqli, Avropada, məsələn, Çinə qarşı fobiya yoxdur. Bizim kimi ölkələrə gəldikdə, Avropanın ən azı İnsan Haqları Məhkəməsi var!

Qarabağ məsələsində onlar bizə yardımçı ola bilmədi. Amma iddia ediləndə ki, bəs müharibədən sonra Avropa Ermənistanda belə edir, elə edir, daim qeyd edirdik ki, narahat olmayın, Avropa Bakı ilə İrəvan arasındakı sülhə qarşı deyil: onlar praqmatik insanlardı, başa düşürlər ki, bölgənin Rusiyadan qopmasının yolu Türkiyə, Azərbaycan, Ermənistan arasındakı sülhdür.

Demirəm Avropa mələkdir. Əsla! Amma bütün hallarda, Brüssel Moskva, hətta Yelisey sarayı belə Kreml deyil! Siyasətçilər, hətta dövlətlər daim çalışmalıdırlar ki, düşmənlərinin sayı az olsun. Bu, siyasətin ən ali qanunudur! Trampın son təşəbbüsünə ciddi yanaşmasaq da (orada məncə, nə Qəzzanın adı çəkilir, nə də Fələstin Muxtariyyatı hansısa formada təmsil olunur. Həm də Putin və sülh tamamilə antoqnist anlayışlardı. Bunu cənab Netanyahu haqda da deyərdik!), düşünürük azı Zəngəzura görə ABŞ prezidentilə ciddi əməkdaşlıq etməliyik.

Nəzərlərimizin ABŞ-a, cənab Trampa yönəlməsinin bir səbəbi də qonşumuz İrandır. Hamı məsələnin necə yekunlaşacağını gözləyir və biz də çox yazmışıq bu haqda. Əlbəttə, kimsə istəmir ki, qonşu ölkədə böyük fəlakətlər olsun. Amma problem nədədir? Bu, nə vaxtsa olmalıdır və olacaq! Ona görə ki, ölkənin hakim elitası özü islahatlara getmək istəmir. Tarix isə bir şey deyir: bütün avtoritar rejimlərin, diktaturaların bir gün sonu gəlir! Başa düşmək belə çətindirmi? İrandakı rejim bunu anlasa, hər şey yaxşı olacaqdır, yox, əgər başa düşməsə, nə vaxtsa, qan da olacaq, qada da, hətta çox böyük fəlakətlər də…

Hüseynbala
Paraqraf.com

Loading

Visited 7 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: “SSRİ-ni bərpa edək, ağa olaq” – şovinist rusların sadə məqsədi
Next: Köçəryandan növbəti sərsəmləmə

OXŞAR MÖVZULAR

dugRqtKIFoXQ4nNTIBQhSH5bALz99hIEFkBoLOQm_1200

Bu günədək Azərbaycan vasitəsilə 65 ölkənin 1761 vətəndaşı İrandan təxliyə olunub

admin 07 Mart 2026
HD6YDHxR2l5XNn8RxObPeiIuWQcMReR0Gi6084lZ_1200

İran Prezidenti qonşu ölkələrdən hücumlara görə üzr istəyib

admin 07 Mart 2026
Ilham_Aliyev_in_2023

Azərbaycan Prezidenti Tokayevə İranın Naxçıvana hücumlarını qınamasına görə təşəkkür edib

admin 07 Mart 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.