Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/ELM VƏ TƏHSİL/Azərbaycanın 15 universiteti dünya reytinqində
ELM VƏ TƏHSİL

Azərbaycanın 15 universiteti dünya reytinqində

28 Yanvar 2026 1 Min Read
PAYLAŞIN:

“Quacquarelli Symonds” (QS) beynəlxalq reytinq agentliyi tərəfindən dərc olunmuş “QS Avropanın ən yaxşı universitetlərinin reytinqi”ndə yer alan Azərbaycan universitetlərinin sayı ötən illə müqayisədə 9-dan 15-ə yüksəlib. 

Paraqraf.com xəbər verir ki, reytinqdə təmsil olunan 42 ölkədən 958 universitet arasında bu il 6 Azərbaycan universiteti ilk dəfə olaraq siyahıya daxil edilib.

Yeni daxil olan universitetlərin sayına görə Azərbaycan 17-ci mövqedə qərarlaşıb. Eyni zamanda, 10 və daha çox universitetlə təmsil olunan ölkələr arasında, universitetlərin reytinq mövqelərinin yüksəlməsi baxımından Azərbaycan 3-cü yeri tutur.

QS Avropa reytinqində ölkə üzrə ilk üçlükdə aşağıdakı universitetlər yer alır:

1. Azərbaycan Dövlət İqtisad Universiteti – 271-ci yer

2. Bakı Dövlət Universiteti – 278-ci yer

3. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti – 349-cu yer.

Qeyd edək ki, reytinqin əvvəlki buraxılışı ilə müqayisədə siyahıda yer alan Azərbaycan universitetlərinin əksəriyyəti bu il “Akademik nüfuz”, “İşəgötürənlər arasında nüfuz”, “Məşğulluq nəticələri”, “Əcnəbi müəllim payı” və “Müəllim-tələbə nisbəti” kimi əsas indikatorlar üzrə mövqelərini daha da yaxşılaşdırıb.

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

“Tottenham”ın iki futbolçusu Ferrari ilə qəza etdi – FOTO

Next

Məktəblərimizdə PUA dərsləri: Niyə də olmasın? – AÇIQLAMA

Copyright 2026— Praqraf.com. All rights reserved