Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Yanvar
  • 28
  • ABŞ-dan Zelenskiyə “QIRMIZI İŞIQ”? – Politoloqdan İLGİNC şərh

ABŞ-dan Zelenskiyə “QIRMIZI İŞIQ”? – Politoloqdan İLGİNC şərh

admin 28 Yanvar 2026 4 minutes read
255ad653e4d0732c2f47413bb1d045d6
PAYLAŞIN:

“Ağ Ev Kiyevə veriləcək təhlükəsizlik zəmanətlərinin Ukraynanın Donbasdan çıxmasına razılıq verməsindən asılı olduğunu açıq şəkildə bildirib”.

Bu barədə “Financial Times” mənbəyə istinadən məlumat yayıb.

“ABŞ hesab edir ki, müharibəyə son qoymaq üçün Kiyev Donbası tərk etməlidir. Vaşinqton həmçinin Ukraynaya bildirib ki, qoşunlarını Donbas ərazilərindən çıxararsa, sülh dövründə onun ordu qüvvələrinə əlavə silah təchizatı verməyə hazırdır”, – mənbə bildirib.

Lakin Ağ Ev bu məlumatı rəsmi olaraq rədd edib və bu cür iddiaların Əbu-Dabidə keçirilən üçtərəfli görüşdən sonra sülh prosesini pozduğunu bildirib.

Bəs nüfuzlu Qərb nəşri nədən Putinin xeyrinə belə xəbərlər tirajlayır, Rusiyanın “dəyirmanına” su tökür? Başqa yandan, Zelenski belə bir anti-konstitusion addıma necə gedə bilər? O halda o, tarixdə torpaq bağışlayan rəhbər kimi qalmazmı? Çıxış yolu nədir?

Qabil Hüseynli səhhətindən danışdı: “Yoldaşım müalicə edir”

Politoloq Qabil Hüseynli Musavat.com-a bildirib ki, bu tip xəbərlər Qərbdə Ukrayna müharibəsini bitirmək üçün riskli kompromis axtarışları getdiyini bir daha göstərir:

“Amma eyni zamanda, Qərb anlayır ki, Ukraynanın açıq ərazi itkisi Tayvan, Gürcüstan, Moldova və hətta Baltik ölkələri üçün də domino effekti yaradacaq. Ona görə də “Donbasdan imtina” məsələsinin “Financial Times” kimi nəşrlərdə tirajlanması real plan yox, təzyiq və yoxlama mexanizmidir”.

Politoloqa görə, “Financial Times” kimi nəşrlər çox vaxt hakim dairələrin ictimai rəyə sızdırmaq istədiyi ssenariləri, real danışıqlarda masada olan, amma hələ rəsmiləşdirilməmiş təklifləri və ya tərəfləri reaksiyaya çəkmək üçün atılan “sınaq xəbərləri”ni yayımlayır:

“Bu tip məlumatlar klassik diplomatik texnikadır. İdeya dövriyyəyə buraxılır, reaksiyalar ölçülür, sonra ya geri çəkilir, ya da yumşaldılaraq təqdim olunur. Haqqında söhbət gedən nəşrdəki xəbərə Ağ Evin dərhal təkzib verməsi də bunu göstərir ki, ya məlumat vaxtından əvvəl sızdırılıb, ya da Vaşinqton Ukraynanın daxili sabitliyini riskə atdığını görüb geri addım atıb.

Amma məsələnin başqa tərəfi də var. Bu cür xəbərlər Kremlin informasiya strategiyasına xidmət edir. Belə xəbərlərin yayılması ilə “Ukrayna Donbasdan imtina edə bilər” narrativi yayılır, Rusiyada “müharibə nəticə verir” təsəvvürü güclənir, Qərbdə isə “müharibə yorğunluğu” legitimləşdirilir. Yəni niyyət fərqli ola bilər, effekt Putinin xeyrinədir”.

Politoloq qeyd edib ki, Zelenski Donbasdan çıxmağa razı ola bilməz:

“Çünki belə bir şeyə razılıq verilməsi nə hüquqi, nə siyasi, nə də tarixi baxımdan mümkün görünür. Ukrayna Konstitusiyası ərazi bütövlüyünün referendumsuz dəyişdirilməsini qadağan edir. Donbasdan imtina Zelenski üçün siyasi intihar demək olar. Müharibə şəraitində belə bir addım orduda parçalanma, cəmiyyətdə etiraz, gələcəkdə isə dövlətçiliyin legitimliyinin sual altına düşməsi ilə nəticələnər və Zelenski Ukrayna tarixində “torpaq güzəştinə gedən lider” kimi qalar”.

“Bəs real çıxış yolu nədir” sualına gəlincə, Q.Hüseynli hesab edir ki, reallıqda masa üzərində olan daha mümkün ssenarinin olduğu sezilir.

“Donbasın statusu müvəqqəti olaraq dondurulur, Ukrayna ərazi iddiasından rəsmi imtina etmir, sadəcə, hərbi əməliyyatları dayandırır, gələcək status beynəlxalq mexanizmlərə, uzunmüddətli prosesə ötürülür. Belə bir variantın tətbiqi istisna deyil”, – deyə politoloq əlavə edib.

Etibar SEYİDAĞA

Loading

Visited 3 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: TƏCİLİ: Rusiya təyyarəsi HƏYƏCAN SİQNALI VERDİ
Next: Rusiya ilə bağlı DƏHŞƏTLİ STATİSTİKA – İkinci Dünya müharibəsindən bəri…

OXŞAR MÖVZULAR

dugRqtKIFoXQ4nNTIBQhSH5bALz99hIEFkBoLOQm_1200

Bu günədək Azərbaycan vasitəsilə 65 ölkənin 1761 vətəndaşı İrandan təxliyə olunub

admin 07 Mart 2026
HD6YDHxR2l5XNn8RxObPeiIuWQcMReR0Gi6084lZ_1200

İran Prezidenti qonşu ölkələrdən hücumlara görə üzr istəyib

admin 07 Mart 2026
Ilham_Aliyev_in_2023

Azərbaycan Prezidenti Tokayevə İranın Naxçıvana hücumlarını qınamasına görə təşəkkür edib

admin 07 Mart 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.