Şəmkir rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.
Paraqraf.com-un məlumatına görə, 1992-ci il təvəllüdlü Vüsal Zöhrab oğlu Rüstəmlinin idarə etdiyi “VAZ”-2110″ və Şiştəpə kənd sakini, 1991-ci il təvəllüdlü Hüseynov Orxan Qoşqar oğlunun idarə etdiyi “Mitsubishi” markalı avtomobillər toqquşub.
Nəticədə “VAZ”-2110-un sürücüsü ölüb, həmin avtomobildə olan 2020-ci il təvəllüdlü Adəm Vüsal oğlu Rüstəmli xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Paraqraf.com
![]()
Visited 14 times, 1 visit(s) today
