Bu gün, 28 yanvar 2026-cı il, Azərbaycanın Milli Məclisinin VI çağırış deputatı, Cəbrayıl-Qubadlı seçki dairəsindən millət vəkili Ceyhun Məmmədovun doğum günüdür.
Paraqraf.com xəbər verir ki, Ceyhun Məmmədov 1975-ci il yanvarın 28-də Cəbrayıl rayonunun Şükürbəyli kəndində anadan olmuş, ilahiyyat üzrə fəlsəfə doktoru və siyasətçi kimi fəaliyyət göstərir. O, Yeni Azərbaycan Partiyasının üzvü olaraq, Elm və Təhsil, həmçinin İctimai Birliklər və Dini Qurumlar komitələrinin üzvüdür və ölkənin ictimai-siyasi həyatında fəal rol oynayır.
Millət vəkili Ceyhun Məmmədov Azərbaycan gənclərinin hüquqi savadlılığının artırılması, vətəndaş məsuliyyətinin gücləndirilməsi və milli dəyərlərin qorunması kimi məsələlərə xüsusi diqqət yetirir. O, seçicilərlə görüşlər keçirir, müxtəlif tədbirlərdə iştirak edir və ölkənin sosial-siyasi inkişafı üçün öz töhfəsini verir.
Hər il olduğu kimi bu il də Ceyhun Məmmədovun ad günü münasibətilə ona ölkəmizin gələcəyi naminə uğurlar arzulayır, böyük nailiyyətlər diləyirik!

Həsən Məmmədov
Paraqraf.com
![]()
