Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Hindistan Avropa İttifaqı ilə birgə müdafiə istehsalını genişləndirəcək
DÜNYA

Hindistan Avropa İttifaqı ilə birgə müdafiə istehsalını genişləndirəcək

27 Yanvar 2026 1 Min Read
PAYLAŞIN:

Hindistan və Avropa İttifaqı (Aİ) təhlükəsizlik və müdafiə sahəsində tərəfdaşlıq haqqında saziş imzalayıb.

Paraqraf.com-un məlumatına görə, bunu Hindistan Baş naziri Narendra Modi Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin və Avropa İttifaqı Şurasının sədri Antonio Koştanın Nyu-Delhiyə səfərinin yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.

O qeyd edib ki, Nyu-Delhi birgə müdafiə istehsalının genişləndirilməsini planlaşdırır:

“Bu həm də qaydalara əsaslanan beynəlxalq nizama ümumi sadiqliyimizi təsdiq edəcək, Hind-Sakit okeanı regionunda əməkdaşlığımızın miqyasını genişləndirməyə imkan verəcək”.

N.Modi həmçinin bildirib ki, dünyadakı qeyri-sabitlik fonunda Aİ və Hindistan arasındakı tərəfdaşlıq beynəlxalq sistemdə sabitləşdirici amil ola bilər.

Qeyd edək ki, bu saziş iki tərəf arasında müdafiə və təhlükəsizlik sahəsində ilk hərtərəfli sənəddir. O, dəniz təhlükəsizliyi, müdafiə sənayesi və texnologiyaları, kibertəhlükəsizlik və hibrid təhdidlər, kosmos və terrorçuluqla mübarizə kimi sahələrdə əlaqələrin genişləndirilməsini nəzərdə tutur.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Qazaxıstan və İsrail vizasız rejim haqqında memorandum imzalayıb

Next

İtaliya İrandakı diplomatik heyətinin bir hissəsini geri çağıracaq

Copyright 2026— Praqraf.com. All rights reserved