Samux rayonunda mikroavtobus idarəetmədən çıxaraq aşıb.
Paraqraf.com-un məlumatına görə, hadisə rayonun Köbər kənd ərazisində qeydə alınıb.
Qəza nəticəsində 2000-ci il təvəllüdlü Əsgərov Vüqar İlqar oğlunun öldüyü, beş nəfərin xəsarət aldığı bildirilir.
Mikroavtobusun fəhlələri daşıdığı qeyd olunur.
Faktla bağlı araşdırma aparılır.
Paraqraf.com
![]()
Visited 5 times, 1 visit(s) today
