Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Qeyri-sabit hava şəraiti Pakistanın şimalında beş nəfərin ölümünə səbəb olub
DÜNYA

Qeyri-sabit hava şəraiti Pakistanın şimalında beş nəfərin ölümünə səbəb olub

25 Yanvar 2026 1 Min Read
PAYLAŞIN:

Pakistanın iki şimal vilayətində qar və leysan yağışları nəticəsində beş nəfər həlak olub.

Paraqraf.com xəbər verir ki, bu barədə yerli “Dawn” nəşri polisə istinadən məlumat yayıb.

“Gilgit-Baltistanda güclü qar yağışından sonra Diamerdəki qüllə evin üzərinə çökərək dörd nəfərin ölümünə səbəb olub. Bəlucistanda isə Job şəhərində leysan nəticəsində damın uçması bir nəfərin həyatına son qoyub”, – nəşr qeyd edib.

Polisin məlumatına görə, Diamerin Tangir vadisində yaşayış evinin yaxınlığındakı müşahidə qülləsi evin üzərinə çöküb, nəticədə bir ailənin dörd üzvü həlak olub, daha iki nəfər yaralanıb. Qeyd olunub ki, xilasetmə əməliyyatı davam etdiyi üçün qurbanların sayı arta bilər. Soyuq hava səbəbindən Gilgit-Baltistanda yollar bağlanır və elektrik təchizatında fasilələr yaranır.

Job şəhərində isə bir uşaq damın uçması nəticəsində ölüb, iki nəfər xəsarət alıb. Bundan əlavə, altıdan çox insan buzlanma səbəbindən baş verən qəzalardan sonra xəstəxanaya yerləşdirilib.

Pakistan Meteorologiya Departamenti ölkənin bəzi bölgələrində yağış və qaryağışının davam edəcəyini proqnozlaşdırır.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Rusiyanın hücumundan sonra Kiyevdə 1600-dən çox ev istiliksiz qalıb

Next

Takaiçi: ABŞ Yaponiyadan müdafiə xərclərini artırmağı tələb etməyib

Copyright 2026— Praqraf.com. All rights reserved