Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Çin Trampın hədələrinə cavab olaraq Kanada ilə əməkdaşlığı artırmaq niyyətindədir
DÜNYA

Çin Trampın hədələrinə cavab olaraq Kanada ilə əməkdaşlığı artırmaq niyyətindədir

25 Yanvar 2026 1 Min Read
PAYLAŞIN:

Çin iqtisadiyyat sahəsində strateji tərəfdaşlıq çərçivəsində Kanada ilə münasibətləri gücləndirmək niyyətindədir.

Paraqraf.com-un məlumatına görə, bunu ABŞ Prezidenti Donald Trampın Kanadanı rüsum tətbiq etməklə hədələməsini şərh edən Çinin Ottavadakı səfirliyi “The Globe and Mail” qəzetinə bildirib.

“Çin və Kanada arasında sağlam və sabit münasibətlərin möhkəmlənməsi hər iki ölkənin ümumi maraqlarına cavab və dünyada sülhə, sabitliyə, inkişafa və rifaha töhfə verir”, – bəyanatda qeyd olunub.

Daha əvvəl Tramp, əgər Kanada Çinlə ticarət sazişi bağlasa, bu ölkəyə qarşı 100%-lik rüsumlar tətbiq edəcəyini bildirmişdi. ABŞ Prezidenti hesab edir ki, Kanada Çindən malların boşaldılması üçün limana çevrilə bilər.

Kanadanın Baş naziri Mark Karni isə Trampın “Truth Social” platformasında “qubernator” adlandırmasından sonra cavab açıqlaması ilə çıxış edib. O, “X” sosial şəbəkəsində paylaşdığı videomüraciətdə ABŞ-ni və Trampı birbaşa qeyd etməyib. Karni bildirib ki, xaricdən gələn təhdidlər fonunda kanadalılar seçimlərini ediblər: nəzarət edə bildiklərinə fokuslanmaq.

“Biz başqa ölkələrin nə edəcəyini idarə edə bilmərik. Amma özümüz öz ən yaxşı müştərimiz ola bilərik: Kanada məhsul alın, Kanada malları istehsal edin. Birlikdə güclü Kanada quracağıq”, – deyə baş nazir vurğulayıb.

Öz növbəsində, ABŞ ilə ticarətə cavabdeh olan kanadalı nazir Dominik Leblan “X” sosial şəbəkəsində bildirib ki, Kanada Çinlə azad ticarət sazişi bağlamağa çalışmır. Onun sözlərinə görə, tərəflər yalnız rüsumlarla bağlı bir neçə mübahisəli məsələdə razılığa gəliblər.

“Yeni Kanada hökuməti ölkə iqtisadiyyatını gücləndirir, ölkəmizi möhkəmləndirən və dünya üzrə ticarət tərəfdaşlıqlarımızı artıran planı həyata keçirir”, – deyə o əlavə edib.

Qeyd edək ki, yanvar ayında Kanada və Çin iqtisadiyyat sahəsində strateji tərəfdaşlıq elan etmişdi.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Çin qəzaya uğramış yük gəmisindəki 17 dənizçini Filippinə təhvil verib

Next

Hindistanın cənubunda baş vermiş yanğında azı beş nəfər həlak olub

Copyright 2026— Praqraf.com. All rights reserved