Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Zelenski: Rusiya gecə ərzində Ukraynaya qarşı 370-dən çox dron və 20 raket istifadə edib
DÜNYA

Zelenski: Rusiya gecə ərzində Ukraynaya qarşı 370-dən çox dron və 20 raket istifadə edib

24 Yanvar 2026 1 Min Read
PAYLAŞIN:

Ötən gecə Rusiya Ukrayna regionlarına 370-dən çox zərbə dronu və 21 raket istifadə edərək kütləvi hücum həyata keçirib.

Paraqraf.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında yazıb.

Onun sözlərinə görə, Kiyev və Kiyev vilayəti, Sumi, Xarkov və Çerniqov vilayətləri hücuma məruz qalıb. Xarkovda doğum evi, məcburi köçkünlərin yaşadığı yataqxana, tibb kolleci və yaşayış evləri zədələnib.

“Məlumata əsasən, hazırda, aralarında uşaq da olmaqla onlarla yaralı var. Paytaxt və bölgələrdə Rusiyanın əsas hədəfi enerji obyektləri idi. Təəssüf ki, bu hücum bir nəfərin ölümünə səbəb olub. Yaxınlarına və doğmalarına başsağlığı verirəm. Nəticələri aradan qaldırmaq üçün bütün lazımi xidmətlər hadisə yerlərində işləyir”, – o bildirib.

Zelenski qeyd edib ki, enerji infrastrukturuna dəyən zərbə hava hücumundan müdafiə (HHM) sistemlərinin, o cümlədən “Patriot”, NASAMS və digər komplekslərə raketlərin çatdırılmasının tezləşdirilməsinin vacibliyini sübut edir.

“Davosda ABŞ Prezidenti Donald Trampla HHM ilə bağlı razılaşmalarımızı mütləq həyata keçirməliyik. İnsan həyatlarını qorumağa kömək edən hər kəsə təşəkkür edirəm”, – deyə Zelenski bildirib.

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Türkiyənin Balıkesir vilayətində yenidən zəlzələ olub

Next

İranda 2 İŞİD üzvü edam edilib

Copyright 2026— Praqraf.com. All rights reserved