Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Türkiyə COP31-ə BMT-nin İqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu təyin edib
DÜNYA

Türkiyə COP31-ə BMT-nin İqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu təyin edib

24 Yanvar 2026 1 Min Read
PAYLAŞIN:

Türkiyənin “Sıfır Atık Vakfı” sədri Samed Ağırbaş bu il Türkiyənin ev sahibliyi edəcəyi COP31 iqlim konfransında BMT-nin İqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu təyin edilib.

Paraqraf.com xəbər verir ki, bu barədə COP31-in prezidenti, Türkiyənin ətraf mühit və şəhərsalma naziri Murat Kurum sosial şəbəkələrdə məlumat yayıb.

“Bu il Türkiyənin ev sahibliyi edəcəyi və 197 ölkənin nümayəndələrini birləşdirəcək COP31 iqlim sammitində Samed Ağırbaşın iqlim dəyişmələri üzrə yüksək səviyyəli çempion təyin olunduğunu məmnuniyyətlə bildirirəm”, – deyə o yazıb.

Murat Kurum həmçinin S.Ağırbaşın COP31 prosesinin uğuruna əhəmiyyətli töhfə verəcəyinə əminliyini ifadə edib.

Xatırladaq ki, Türkiyə ötən ilin noyabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasına (COP31) ev sahibliyi edəcək ölkə kimi seçilib. Konfrans 2026-cı il noyabrın 9-20-də Antalyada baş tutacaq, lakin COP31-ə hazırlıqla bağlı əsas danışıqlar Avstraliyada aparılacaq.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Əbu-Dabidə Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli danışıqların ikinci günü başlayıb

Next

ABŞ İtaliyanı Qəzza təhlükəsizlik qüvvələrinə təsisçi üzv kimi qoşulmağa dəvət edib

Copyright 2026— Praqraf.com. All rights reserved