Skip to content
24 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Yanvar
  • 24
  • Hakan Fidan: Tehrana tövsiyəmiz odur ki, insanların tələbləri nəzərə alınsın

Hakan Fidan: Tehrana tövsiyəmiz odur ki, insanların tələbləri nəzərə alınsın

admin 24 Yanvar 2026 2 minutes read
mrmOfbb5EH5J3rgGFWPhd94di0G6ghHUhMnR2zrY_825
PAYLAŞIN:

İranda 2019 və 2023-cü illərdə də böyük etirazlar yaşanıb və hazırkı aksiyaların da əsas səbəbi iqtisadi problemlərdir.

Paraqraf.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan NTV telekanalının canlı yayımında deyib.

“Neft və qazı olsa da, bu sahələrin də sanksiyalarla üzləşməsi İranın maliyyə imkanlarını daraldıb” , – H.Fidan bildirib.

Onun sözlərinə görə, İran yaranmış vəziyyətdən çıxmağa çalışarkən çətinliklərlə üzləşir. Nazirin fikrincə, böhran zamanı yaranan etirazları rejim dəyişdirilməsi tələbi kimi də qələmə vermək olmaz. Çünki İranda müxtəlif fikirlər mövcuddur. “Türkiyə olaraq Tehrana tövsiyəmiz ondan ibarətdir ki, insanların tələbləri nəzərə alınsın” , – Türkiyənin xarici işlər naziri qeyd edib.

O əlavə edib ki, İran ilk növbədə ABŞ ilə nüvə danışıqlarında ortaq məxrəcə gəlməlidir:

“Bölgə ölkəsi olaraq yeni savaşın başlamasını istəmirik. Suriya və İraqdakı yaralar təzə sağalarkən, başqa bir böyük yaranın açılmasını arzulamazdıq”.

Paraqraf.com 

 

Loading

Visited 7 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Kanadanın bir əyaləti Britaniya tacını gerbindən çıxarıb
Next: Nazir müavini: İran Azərbaycanla Ermənistan arasındakı iqtisadi əlaqələri hər zaman dəstəkləyib

OXŞAR MÖVZULAR

f1LyQ5ramnSrNKwgEuk0oxI7oyq5ifJTng7I0clI_1200

Paşinyan: Ermənistan yük maşınlarının Rusiyaya girişinə qadağa barədə rəsmi məlumat yoxdur

admin 23 Aprel 2026
COgkxRYlRdsQU3ydsq2jF2PiPiEzU9txTsfC9xWp_1200 (1)

İndoneziya Rusiyadan 150 milyon barel neft alacaq

admin 23 Aprel 2026
sDr2ozn2wvIJhFWAyv9TVTjdybFwdrJldtFS69St_1200

Danimarkada qatarların toqquşması nəticəsində 17 nəfər xəsarət alıb

admin 23 Aprel 2026

XƏBƏR LENTİ

Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi 29 % artıb 03159a8c-50eb-30f7-bbe5-fdd9ff7666d6_1200

Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi 29 % artıb

24 Aprel 2026
Füzulidə körpələr evi-uşaq bağçasının açılışı olub zppy1uhdtdw57yuucihop652i5herjohujhg1vuz_1200

Füzulidə körpələr evi-uşaq bağçasının açılışı olub

24 Aprel 2026
Azərbaycan pambıq lifi ixracından gəlirini 44 %-ə yaxın artırıb t7nKIlymyp6NTfEIAa6NNO3ugK1VbhQqXLKXj0ic_1200

Azərbaycan pambıq lifi ixracından gəlirini 44 %-ə yaxın artırıb

24 Aprel 2026
XİN: Bakının çoxtərəfli diplomatiya üçün önəmli mərkəz qismində əhəmiyyəti artır T3kHAuNjFZGCZTbrAbTDj375MACzXQpOEvxYjUpC_1200

XİN: Bakının çoxtərəfli diplomatiya üçün önəmli mərkəz qismində əhəmiyyəti artır

24 Aprel 2026
Azərbaycan ilə Çexiya Müdafiə nazirlikləri arasında “İkitərəfli hərbi əməkdaşlıq planı” imzalanıb jaB346PqiFXvvF3Hq4aYOP5CqlUToTDCITrE3yly_1200

Azərbaycan ilə Çexiya Müdafiə nazirlikləri arasında “İkitərəfli hərbi əməkdaşlıq planı” imzalanıb

24 Aprel 2026
Azərbaycan XİN Ermənistanda Türkiyə bayrağının yandırılmasını pisləyib 4ffbf508-fed0-3b0a-b3d3-2465bf884e5e_1200 (2)

Azərbaycan XİN Ermənistanda Türkiyə bayrağının yandırılmasını pisləyib

24 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.