Skip to content
26 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Yanvar
  • 24
  • Böyük güclərin toqquşması: Rusiya Zəngəzurda “ofsayd”a düşdü

Böyük güclərin toqquşması: Rusiya Zəngəzurda “ofsayd”a düşdü

admin 24 Yanvar 2026 7 minutes read
17692535632039826076974aabbb1386
PAYLAŞIN:

ABŞ-nin vitse-prezidenti C.D. Vens fevral ayında Ermənistan və Azərbaycana səfər edəcək.

Bu barədə ABŞ Prezidenti Donald Tramp sosial media platforması olan “Truth Social”da yazıb.

Qeyd edək ki, yüklsək səviyyəli ABŞ rəsmisinin 2026-cı ilin fevral ayında Ermənistana səfər edəcəyi barədə məlumatı ilk dəfə ötən il dekabrın 24-də politoloq Suren Sarkisyan açıqlamışdı.

Erməni politoloq ABŞ rəsmisinin formal olaraq “TRIPP layihəsi”nin açılışında iştirak edəcəyini demişdi. Çox güman ki, Sarkisyan bu məlumatı Ermənistan hakimiyyətindəki mənbələrdən əldə edib.

Az sonra isə həm Ermənistan, həm də Azərbaycan mediasında “Tramp marşrutu”nun təməlqoyma prosesində iştirak etmək üçün bölgəyə gələcək şəxsin vitse-prezident Ceyms Devid Vens və ya Dövlət katibi Mayko Rubio olacağına dair məlumatlar yayıldı.

Artıq ABŞ Prezidenti özü bu xəbəri təsdiqləyib və İrəvana və Bakıya səfər edəcək dövlət rəsmisinin C.D.Vens olacağını bildirib.

Vensin Prezident Trampdan sonra ABŞ hakimiyyətində ikinci yüksək səviyyəli şəxs olduğunu nəzərə alsaq, Azərbaycana və Ermənistana səfər üçün vitse-prezidentin seçilməsi Vaşinqtonun postsovet məkanı ilə bağlı siyasətində Cənubi Qafqaza, o cümlədən Zəngəzur dəhlizinə kifayət qədər böyük əhəmiyyət verdiyini göstərir.

Yəni Donald Trampın Bakıya və İrəvana Dövlət katibi Mayko Rubionu və ya xüsusi nümayəndəsi Stiv Uitkofu deyil, məhz vitse-prezidenti göndərmək qərarı Cənubi Qafqazın ABŞ-nin xarici siyasət strategiyasında prioritet yerlərdən birini təşkil etdiyini deməyə əsas verir.

Ceyms Devid Vensin Ermənistana və Azərbaycana səfəri iki ölkə arasında sülh müqaviləsinin imzalanması prosesini, eyni zamanda kommunikasiyaların açılmasını sürətləndirə bilər.

Xatırladaq ki, Ermənistan tərəfi “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun inşasına 2026-cı ilin ikinci yarısında başlanacağını deyib. Artıq “Tramp marşrutu”nun idarə olunması məqsədilə Ermənistan və ABŞ “TRIPP Development” adlı birgə şirkət də təsis ediblər.

Birinci 49 illik müddət ərzində şirkətin səhmlərinin 76 faizi ABŞ-nin, 24 faizi isə Ermənistanın payına düşəcək. Razılaşmanın ikinci müddətə 50 il uzadılmasından sonra Ermənistanın payı 49 faizə qədər artacaq.

Vensin səfərinə qədər şirkətin Ermənistanda və ABŞ-də hüquqi qeydə alınması proseduru yekunlaşa bilər. Çox güman ki, ABŞ vitse-prezidentinin Ermənistana səfəri zamanı Zəngəzur dəhlizindən keçən dəmir yolu və avtomobil yolunun inşası ilə bağlı ilkin işlərə başlanılacaq.

Yəni “TRIPP layihəsi”nin icrasına 2026-cı ilin payız aylarında deyil, fevralında start verilə bilər. Bu da “Orta dəhliz”ə və onun əsas komponenti olan Zəngəzur dəhlizinə nəzarət məsələsinin Tramp administrasiyası üçün nə qədər strateji əhəmiyyət daşıdığını göstərir.

Ona görə də Vensin səfəri Cənubi Qafqazla Mərkəzi Asiyanı birləşdirən nqəliyyat-ticarət dəhlizələrinə nəzarət uğrunda ABŞ, Rusiya, Çin, Avropa İttifaqı, Britaniya kimi geosiyasi “oyunçu”lar arasında hazırda daha çox sakit şəkildə müşahidə olunan rəqabətin daha aktiv mərhələyə keçməsinə səbəb ola bilər.

Prezident Trampın açıqlaması Ceyms Devid Vensin Ermənistana və Azərbaycana səfər proqramının daha zəngin olduğunu və yalnız “TRIPP layihəsi” ilə yekunlaşmadığını göstərir.

“Vitse-prezident Vens sülh səylərimizi inkişaf etdirmək və “Beynəlxalq Sülh və Rifaha Doğru Tramp Yolu”nu irəlilətmək üçün fevral ayında hər iki ölkəyə səfər edəcək. Azərbaycanla strateji tərəfdaşlığımızı gücləndirəcək, Ermənistanla əla mülki nüvə əməkdaşlığı müqaviləsi imzalayacaq, ən böyük yarımkeçirici istehsalçılarımızla müqavilələr bağlayacaq və Azərbaycana ABŞ istehsalı olan müdafiə avadanlıqları, məsələn, zirehli gödəkcə, qayıqlar və daha çox şey satacağıq”, – deyə Tramp əlavə edib.

Prezident Trampın paylaşdığı xəbər Vensin Baş nazir Nikol Paşinyanla Ermənistanla dinc məqsədlərlə nüvə enerjisindən istifadə sahəsində əməkdaşlıq müqaviləsi imzalayacağını göstərir.

Əslində, söhbət yalnız tibb sahəsində nüvə texnologiyasının tətbiqindən getmir. ABŞ xeyli müddətdir ki, Ermənistana modul tipli nüvə enerjisi stansiyalarının inşasını təklif edir.

Qapalı danışıqlarda ABŞ-nin və Avropa İttifaqının Nikol Paşinyandan Metsamor Atom Elektrik Stansiyasını bağlamağı tələb etdiklərinə dair məlumatlar var. Məqsəd isə Rusiyanın Cənubi Qafqazda strateji mövcudluğunu təmin edən AES-i bağlamaq və Moskvanın regiondakı fəaliyyətinə son qoymaqdır.

Bu, Rusiyanın enerji asılılığından, həm siyasi, həm də iqtisadi təsirlərindən xilas olmağa çalışan Paşinyanın maraqlarına cavab verir. Ona görə də ABŞ şirkətinin Ermənistanda AES inşa etməsinə dair razılaşma Rusiya ilə münasibətlərdə gərginliyə səbəb olacaq.

Azərbaycanla imzalanacaq müqavilələrə gəlincə, yəqin ki, Tramp sosial şəbəkədə bunun çox kiçik bir hissəsini açıqlayıb. Görürünür ki, Vensin Bakıya səfəri zamanı ABŞ-la Azərbaycan arasında təhlükəsizlik sahəsində əməkdaşlığa dair yeni müqavilənin imzalanması nəzərdə tutulur.

Hətta bu sənədi imzalamaq səlahiyyətinin vitse-prezidentə həvalə edilıməsi onun kifayət qədər yüksək əhəmiyyətə malik olduğunu təsdiq edir. Razılaşma çəçivəsində ABŞ-nin Azərbaycana müdafiə silahları satacağı aydın olur. Bu isə Azərbaycan Ordusunun hərbi qüdrətini artırmaqla yanaşı, silahlı qüvvələrin NATO standrtlarına uyğunlaşdırılmasını sürətləndirəcək.

Lakin ABŞ Konqresinin 1992-ci ildə Azərbaycana qarşı tətbiq etdiyi “Azadlığı Müdafiə Aktı”na 907-ci əlavə bu sazişi imzalamağa mane olur. Ötən il avqustun 8-də Azərbaycan və ABŞ prezidentlərinin apardığı danışıqlardan sonra Donald Tramp 907-ci düzəlişin icrasını birdəfəlik dayandırıb. Ötən ilin dekabr ayında həmin sənəd hüquqi xitam verilməsi üçün Konqresin müzakirəsinə təqdim edilib.

Vitse-prezident Vensin imzalayacağı sənədlərin məzmununa müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın daxil edilməsi fevral ayına qədər 907-ci düzəlişin ləğvinə dair qərarın çıxarılacağını göstərir.

 

Müşfiq Abdulla

Paraqraf.com

Loading

Visited 5 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Azərbaycan neftinin qiyməti 68 dolları keçib
Next: Azərbaycanda ötən il hava nəqliyyatı ilə beynəlxalq daşımaların dəyəri 1,5 dəfə artıb

OXŞAR MÖVZULAR

CYQ4r6Bqh1Z9mY6Wta2piPoJe7nDnPKpSCLPDdDC_1200

Azərbaycan Almaniyada beynəlxalq incəsənət sərgisində təmsil olunur

admin 25 Aprel 2026
jqqyC9xrSpLDtUJPGGJdxXs3hSTVZ0M1W08Yn7A7_1200 (1)

Bu gündən Xankəndidə şəhərdaxili avtobus marşrutları fəaliyyətə başlayıb

admin 25 Aprel 2026
67206691-efa0-3e28-84f2-17909a9d4439_1200 (1)

Diplomatik xidmətə qəbul üzrə müsabiqəyə qeydiyyatda yenilik edilib

admin 25 Aprel 2026

XƏBƏR LENTİ

Gələn həftə intensiv yağış yağacaq – XƏBƏRDARLIQ c549e4ae-5c40-4059-a310-98c04552ce70_1200

Gələn həftə intensiv yağış yağacaq – XƏBƏRDARLIQ

25 Aprel 2026
Azərbaycandakı bankların faiz gəlirlərinin məbləğinə görə renkinqi (Yanvar-mart, 2026) 1s3LhYyh3zzZ103G9X66sFxL3zlTkOLlqQBwkq2d_1200

Azərbaycandakı bankların faiz gəlirlərinin məbləğinə görə renkinqi (Yanvar-mart, 2026)

25 Aprel 2026
Ayxan Hacızadə: Nyu-York merinin saxta bəyanatları qəbuledilməzdir və dərhal silinməlidir dKcVpVQuISlp2sKk32xgNRwtDkjLXJ5wrwWwHFSW_1200

Ayxan Hacızadə: Nyu-York merinin saxta bəyanatları qəbuledilməzdir və dərhal silinməlidir

25 Aprel 2026
Volodimir Zelenski Ukraynaya yardıma görə Prezident İlham Əliyevə təşəkkür edib m43i4sK5aRvlMTzwWX0iHkMR6YnJIuRHN4zgnk8E_1200

Volodimir Zelenski Ukraynaya yardıma görə Prezident İlham Əliyevə təşəkkür edib

25 Aprel 2026
Azərbaycan və Ukrayna dron əleyhinə vasitələrin istehsalı və təcrübə mübadiləsi ilə bağlı əməkdaşlıq edə bilər O6u34LnDynPmBD8nBU8kgkqti3f9tL9P7IsU9QLO_1200

Azərbaycan və Ukrayna dron əleyhinə vasitələrin istehsalı və təcrübə mübadiləsi ilə bağlı əməkdaşlıq edə bilər

25 Aprel 2026
İlham Əliyev: Həm Azərbaycanda, həm də Ukraynada hərbi sənaye kompleksi inkişaf edir 2JzA4qeYFI0BUdDH4PUeITtLveEcHuYhxezNh62o_1200

İlham Əliyev: Həm Azərbaycanda, həm də Ukraynada hərbi sənaye kompleksi inkişaf edir

25 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.