Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/BMT rəsmisi Azərbaycana üzvlük haqqını tam ödədiyinə görə təşəkkür edib
SİYASƏT

BMT rəsmisi Azərbaycana üzvlük haqqını tam ödədiyinə görə təşəkkür edib

24 Yanvar 2026 1 Min Read
PAYLAŞIN:

Azərbaycan BMT-nin 2026-cı il büdcəsi üçün üzvlük haqqını tam ödəyib.

Paraqraf.com-un məlumatına görə, bu barədə BMT Baş katibinin sözçüsünün müavini Fərhan Haq jurnalistlərə açıqlamasında bildirib. O, buna görə Azərbaycana təşəkkür edib.

F.Haq Azərbaycanla bağlı maraqlı viktorina təqdim edib. O, son ödənişlə əlaqədar olaraq bildirib ki, bu ölkənin paytaxtı Xəzər dənizinin qərb sahilində, dəniz səviyyəsindən 28 metr aşağıda yerləşir və bu göstəriciyə görə dünyanın ən aşağıda yerləşən paytaxt şəhərlərindən biridir.

“Bir təxmininiz varmı? Bəli, bu Azərbaycandır. Söhbət Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərindən gedir. Azərbaycan BMT-nin mütəmadi büdcəyə tam ödəniş edib və biz buna görə Bakıdakı dostlarımıza təşəkkür edirik”, – o vurğulayıb.

O, əlavə edib ki, Azərbaycan ötən illərdə olduğu kimi, bu il də BMT-nin büdcəsi üçün üzvlük haqqını ödəyən ilk ölkələr sırasında yer alıb. Bu günə qədər Azərbaycanla yanaşı, BMT-yə üzv olan daha 24 dövlət ödənişlərini tam həyata keçirib.

Qeyd edəkki, BMT-nin büdcəsi təşkilata üzv olan 193 dövlətin ödədiyi üzvlük haqları hesabına formalaşır. Üzvlük haqqının məbləği bir neçə meyar əsasında müəyyən edilir ki, bunlardan əsas olanı ölkənin ödəmə qabiliyyətidir. Toplanan vəsait ilk növbədə BMT-nin mərkəzi orqanlarının, Baş Assambleyanın, xüsusi komitələrin və Katibliyin inzibati xərclərinin qarşılanmasına yönəldilir. BMT xərclərinin əhəmiyyətli hissəsi isə sülhməramlı missiyalara sərf olunur.

Azərbaycan 1992-ci il martın 2-də BMT Baş Assambleyasının 46-cı sessiyasında qəbul edilən qətnamə ilə təşkilata üzv qəbul edilib. Bununla əlaqədar olaraq BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahı qarşısında Azərbaycanın dövlət bayrağı qaldırılıb, mayın 6-dan etibarən isə ölkəmizin təşkilat yanında Daimi Nümayəndəliyi fəaliyyətə başlayıb.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Nazir müavini: İran Azərbaycanla Ermənistan arasındakı iqtisadi əlaqələri hər zaman dəstəkləyib

Next

ABŞ-nin Vitse-prezidenti fevralda Azərbaycana səfər edəcək

Copyright 2026— Praqraf.com. All rights reserved