Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/“Yüksəliş”in qalibləri üçün “Ədibin Evində Yüksəliş” silsilə görüşləri keçiriləcək
MANŞET

“Yüksəliş”in qalibləri üçün “Ədibin Evində Yüksəliş” silsilə görüşləri keçiriləcək

23 Yanvar 2026 1 Min Read
PAYLAŞIN:

“Yüksəliş” müsabiqəsinin qalibləri üçün “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunda “Ədibin Evində Yüksəliş” adlı silsilə görüşlərin keçirilməsi nəzərdə tutulur.

Paraqraf.com xəbər verir ki, müsabiqənin beş mövsümü ərzində qalib olmuş 116 nəfər XX əsr Azərbaycan milli ədəbi-bədii fikir tarixinin görkəmli nümayəndəsi, yazıçı, alim və pedaqoq Mir Cəlalın Bakıdakı ilk ünvanı – İçərişəhərdə yerləşən “Ədibin Evi”ndə təşkil olunacaq görüşlərdə iştirak edəcəklər.

Görüşlər zamanı azərbaycançılıq fəlsəfəsi, milli kimliyin qorunması, ana dilinin rolu və bu dəyərlərin idarəçiliyin müxtəlif istiqamətlərində tətbiqi ilə bağlı müzakirələr aparılacaq.

Silsilə görüşlərin əsas məqsədlərindən biri Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarında xüsusi vurğuladığı Azərbaycan dilinin milli kimliyin, dövlətçilik düşüncəsinin və strateji idarəetmənin əsas dayaqlarından biri olması fikrinin idarəçilər arasında daha dərindən təşviq edilməsidir. Bu kontekstdə ana dilinin ünsiyyət vasitəsi olmaqla yanaşı, milli ideologiyanın və intellektual məsuliyyətin daşıyıcısı olması məsələləri diqqət mərkəzində saxlanılacaq.

Görüşlərdə qonaq natiq qismində “Ədibin Evi”nin ekspertləri çıxış edəcək, ədəbiyyatın, dilin və milli-mənəvi irsin liderlik, idarəçilik təfəkkürünə təsiri müxtəlif aspektlərdən təhlil olunacaq.

Qeyd edək ki, “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondu Azərbaycan ədəbiyyatının, tarixinin, mədəniyyətinin və ədəbi irsinin tədqiqi və təbliği istiqamətində ardıcıl fəaliyyət göstərir. Fond gənc nəslin intellektual inkişafını diqqətdə saxlayaraq oxu mədəniyyətinin gücləndirilməsi, xalqa və Vətənə sevginin aşılanmasında ədəbiyyatın rolunun önə çəkilməsini əsas məqsədlərindən biri kimi müəyyənləşdirib.

“Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.

Sayca altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyev 10 dekabr 2025-ci il tarixində müvafiq Sərəncam imzalayıb.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

“Azərbaycan Mədəniyyəti-2040” Konsepsiyasının təqdimatı olub

Next

Şənbə günü hava yağmursuz olacaq – PROQNOZ

Copyright 2026— Praqraf.com. All rights reserved