Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Uşakov Putin və Uitkoff arasındakı görüşün nəticələri barədə danışıb
DÜNYA

Uşakov Putin və Uitkoff arasındakı görüşün nəticələri barədə danışıb

23 Yanvar 2026 1 Min Read
PAYLAŞIN:

Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Moskva­da ölkə lideri Vladimir Putinlə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun başçılıq etdiyi Amerika nümayəndə heyəti arasında aparılan danışıqları şərh edib.

Paraqraf.com-un Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Uşakov tərəflərin ərazi məsələsi həll olunmadan uzunmüddətli nizamlanmaya ümid etməyin mümkün olmadığını qeyd etdiyini vurğulayıb.

“23 yanvarda Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna nümayəndələrinin iştirakı ilə təhlükəsizlik məsələləri üzrə üçtərəfli işçi qrupunun ilk iclası keçiriləcək”, – deyə Rusiya Prezidentinin köməkçisi bildirib.

O əlavə edib ki, təhlükəsizlik üzrə işçi qrupuna Rusiyadan Müdafiə Nazirliyi rəhbərliyinin nümayəndələri daxil olub.

“Görüş ABŞ-nin Ukrayna və Avropa ilə təmaslarının nəticələri barədə məlumat əldə etməyə yönəlmişdi. Stiv Uitkoff və Cared Kuşner Donald Trampın Volodimir Zelenski ilə görüşündən aldıqları təəssüratlarını bölüşdülər”, – yerli KİV Uşakovun sözlərini belə çatdırıb.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Tramp Sülh Şurasının Kanadaya göndərilmiş dəvəti geri çəkdiyini bəyan edib

Next

Gürcüstan hökuməti BBC-yə qarşı məhkəmə iddiası qaldırıb

Copyright 2026— Praqraf.com. All rights reserved