Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Tramp Sülh Şurasının Kanadaya göndərilmiş dəvəti geri çəkdiyini bəyan edib
DÜNYA

Tramp Sülh Şurasının Kanadaya göndərilmiş dəvəti geri çəkdiyini bəyan edib

23 Yanvar 2026 1 Min Read
PAYLAŞIN:

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Sülh Şurası Kanadanın Baş naziri Mark Karniyə ünvanlanan ölkəsinin beynəlxalq struktura qoşulması ilə bağlı dəvəti geri çəkib.

Paraqraf.com-un məlumatına görə, müvafiq paylaşım Ağ Evin rəhbərinin “Truth Social” sosial şəbəkə hesabında yerləşdirilib.

“Hörmətli baş nazir Karni, xahiş edirəm, bu məktubu Kanadanın indiyə qədər mövcud olmuş ən nüfuzlu liderlər şurasına qoşulmaq üçün sizə göndərilmiş dəvətin geri çəkilməsi barədə rəsmi bildiriş kimi qəbul edin”, – Tramp qeyd edib.

Xatırladaq ki, 22 yanvar tarixində Davosda keçirilən Ümumdünya İqtisadi Forumu çərçivəsində Azərbaycan da daxil olmaqla, 19 ölkənin nümayəndələri Qəzza sektorunda sülhün təmin olunması məqsədilə yaradılan “Sülh Şurasının Nizamnaməsi”ni imzalayıb. Tramp bildirib ki, təşkilata digər dövlətlər də qoşulub. Sülh Şurası Qəzza sektorunun idarə olunması üçün yaradılıb, lakin onun digər regionlarda münaqişələrin qarşısının alınması və həll olunması ilə də məşğul olması nəzərdə tutulur.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

KİV: ABŞ qoşunlarının Suriyadan tamamilə çıxarılmasını nəzərdən keçirir

Next

Uşakov Putin və Uitkoff arasındakı görüşün nəticələri barədə danışıb

Copyright 2026— Praqraf.com. All rights reserved